COP29

Görün, bu klubda nə işlə məşğuldurlar – AFFA aldanmadı

20 Sentyabr 22:20 II Divizion 325
Görün, bu klubda nə işlə məşğuldurlar – AFFA aldanmadı

AFFA II Liqada çıxış edən “Göygöl”ə texniki məğlubiyyət (0:3) verib.

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Buna III turda “Şəmkir” klubu ilə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub.

Bununla yanaşı, Göygölün eyniadlı klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.

AFFA meydan sahiblərini daha bir neçə səbəbdən cərimələyib. Belə ki, iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80 manat cərimələnib.

"Göygöl" xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə isə 50 manat cərimələnib.

Sentyabrın 16-da baş tutan "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:10 Çək və bizə göndər!
20 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 10:40 Bu da BİZİM TƏKLİF!
20 Sentyabr 06:10 Paşinyan bunu istisna etmir
20 Sentyabr 05:50 Bir də o... YENİ KEÇİD
20 Sentyabr 05:10 Babayev də imzanı atdı
20 Sentyabr 02:10 Millimiz Çexiyaya uduzdu