COP29

Bu, nə qol, bu nə idi belə? – Əyalətdən VİDEO+FOTOREPORTAJ

18 Sentyabr 23:40 II Divizion 446
Bu, nə qol, bu nə idi belə? – Əyalətdən VİDEO+FOTOREPORTAJ

II Liqada üçüncü turun görüşləri keçirilib.

Mövsümə yaxşı başlamayan «Şəki» və «Füzuli» birincilərin meydanında üz-üzə gəlib.

Yerli komanda mövsümə pis başladığından, publika oyuna maraq göstərməyib. Cəmi 100 nəfər 1 manat verərək bilet alıb.

Qonaqlar 13-cü dəqiqədə hesabı 2:0 həddinə çatdırıb. Sabir Allahquliyev kapitan sarğısını daşıyan Ramin İsmayılovun cərimə meydançası daxilində ona qarşı kobudluğuna görə təyin olunan penaltini qola çevirib.

Ardınca isə müdafiəçilərin onu gözdən qaçırmasından istifadə edərək qapıçıyla təkbətək çıxıb və fərqi artırıb.

Şəkililər fasiləyədək bir qol vurmağa çalışıb. Pərakəndə oyun sərgilyən, sürətli olmayan futbolçulardan qurulu komanda real fürsət yaxalaya bilməyib.

53-cü dəqiqədə Asim Quliyev gözlənilmədən qonaqların qapısına yol tapıb.

Onun cərimə meydançasının küncündən «çərçivə»yə fırlatdığı «yuvarlaq meşin» yolüstü müdafiəçiyə dəyərək, qapıçını yanıldıb və toru «bağrına basıb».

Növbəti epizodların birində isə «Şəki»nin bərabərlik qoluna imza atmasına tələskənlik mane olub.

74-cü dəqiqəd Rəsul Babayev ikinci dəfə ev sahiblərinin qapısına penalti təyin edib. Arxa xətt oyunçularının yerə sərdiyi Kənan Məmmədov nöqtəyə yaxınlaşıb və hədəfi dəqiq nişan alıb.

Artıq xalı xilas edə bilməyəcəklərini başa düşən «Şəki»lilər son dəqiqələri əsəbi keçirib. Elçin Ramazanov 78-ci dəqiqədə ikinci sarı vərəqəni alıbsa, Eldəniz Əliyev matçdan sonra qeyri-etik hərəkətlərə yol verib və «qırmızı»yla cəzalandırılıb.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 100 tamaşaçı
Baş hakim: Rəsul Babayev
Baş hakimin köməkçiləri: Rasim Axundov, Elmin Süleymanov
Dördüncü hakim: Emin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ramin İsmayılov, 9 (qeyri-idman hərəkəti); Elçin Ramazanov, 42, 78 (qeyri-idman hərəkəti); Xəyal Əmirli, 73 (hakimin qərarına etiraz); Eldəniz Əliyev, 73 (hakimin qərarına etiraz); Ceyhun Rəcəbli, 81 (hakimin qərarına etiraz) // Sabir Allahquliyev, 66 (tələb olunan məsafəyə riayət edilməməsi); Vurğun Həsənzadə, 83 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elçin Ramazanov, 78; Eldəniz Əliyev, oyundan sonra (qeyri-etik ifadə və ya hərəkət)
Qollar: Asim Quliyev, 53 // Sabir Allahquliyev, 10 (p.); 13; Kənan Məmmədov, 74 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sheki City”

1. Elnar Şabanov
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
20. Orxan Kərimov
(26. Fəqan Lətifov, 46)
55. Elçin Ramazanov
3. Mehman İbadov
33. Xəyal Əmirli
(88. Ramil İsmayılov, 89)
7. Ceyhun Rəcəbli
11. Elşən Mustafayev
71. Fərid İslamzadə
(17. Xalıq Şabanov, 65)
19. Asim Quliyev
Ehtiyat oyunçular:
12. Emil Mustafayev
9. Aqil Mustafayev
13. Eldəniz Əliyev
22. İlkin Ağaniyev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

“Füzuli”

1. Məhərrəm Məmmədli
7. Ruslan Poladov (k)
17. Nahid Mehrəliyev
77. Sabir Allahquliyev
10. Vüsal Tahirov
88. Kənan Məmmədov
3. Vurğun Həsənzadə
(4. Murad Mehdiyev, 83)
23. Süleyman Piriyev
(9. Mübariz Hüseynzadə, 76)
8. Elvin Yunusov
19. Cəsur Hüseynov
(91. Bayram Nurizadə, 68)
6. Nihad Ağayev
Ehtiyat oyunçular:
12. Elcan Sarıyev
25. Şaməddin Rüstəmov
21. Samur-Xan Aslanxanov
Məşqçi: Xəqani Quliyev

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!