COP29

"Futbola xidmət" görüntüsü yaradanların XƏYANƏTİ

16 Sentyabr 22:20 II Divizion 542
"Futbola xidmət" görüntüsü yaradanların XƏYANƏTİ

AFFA-nın İcraiyyə Komitəsinin 3 iyun 2023-cü il tarixində keçirilmiş fövqəladə toplantısında İkinci Liqanın yaradılması qərara alınmışdı.

Atılan bu addım futbol ictimaiyyətini sevindirməyə bilməzdi.

Liqaların sayının çoxluğu kütləvilik baxımından çox önəmlidir.

Bu, illərdi itirilən futbolçu bazasının yenidən formalaşması, müxtəlif səbəblərdən böyük futboldan uzaq düşənlərin əksəriyyətinin yenidən yaşıl meydanlara qayıtması demək idi.

Ömrünü futbola həsr edən insanlara yeni çağırış, ümid yeri idi.

Bundan başqa yeni klubların meydana gəlməsi yeni iş yerlərinin açılmasına da zəmin yaratmış oldu.

Yeni qərar futbolçu kimi özünü təsdiqləyə bilməyənlərə klub rəsmisi, texniki işçi kimi futbol sahəsində qalmaq fürsəti verədi.

Neçə-neçə veteran futbolçu yenidən səhnəyə qayıtdı.

Peşəkar səviyyədə özünü isbatlaya bilməyən yüzlərlə gənc buraya üz tutdu.

Əvəzində arxada qalan 2023/24 mövsümü bir çox xoş notlarla yaddaşlarda qaldı.

Amma liqanın yarım həvəskar olması özü ilə bir çox problemlər də gətirmiş oldu.

Əslində liqaya yarım həvəskar status adının verilməsinin qayəsi tədricən peşəkarlaşmağa doğru addımların atılmasına hesablanmışdı.

AFFA-nın ayırdığı 50 min manatın üzərini sponsorlardan gələcək əlavə maliyyə ilə düzəltmək və hər keçən gün daha peşəkar olmaq klubların hədəfi olmalıydı.

Təəssüf ki, əksər klublar tam fərqli yolu tutdular.

Statusdan istifadə edərək daha çox həvəskar fəaliyyət yoluna yan aldılar.

Müqavilələrin əksər halda hüquqi tərəfi olmur. Futbolçularla razılaşmalar "kişi sözü"nə əsasən bağlanır.

Bəzi klub rəsmiləri istədiyi anda istədiyi şəxsə qapını göstərə bilir.

Xüsusilə futbolçu heyəti yekunda ən çox əziyyət çəkən tərəf olur.

Maaşlar vaxtı-vaxtında ödənilmir.

Bəzən ümumiyyətlə vəd olunan məvacib verilmir.

Liqanın yarım həvəskar olmasını anladıq.

Bəs vicdan? Axı insanları aldatmaq vicdana xəyanətdir. Futbola xidmət görüntüsü yaradanların xəyanəti.

Deməli, azacıq boşluq vicdan boşluğu yaşayanlar üçün əsl meydan rolunu oynayır.

Bu isə qısa zamanda bu Liqanın peşəkar status almasını zəruri edir.

Ən azı hansısa formada nəzarət gücləndirilməlidir.

Görünür, fırıldaq klub rəsmilərinin əl-ayağını futboldan kəsməyin yolu yalnız sərt qanunlardan keçir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!