COP29

Bu VİDEOnu görüb keçməyin - İki azərbaycanlı futbolçudan ayaqüstə alqışlanacaq SUPER QOL!

11 Sentyabr 17:40 II Divizion 652
Bu VİDEOnu görüb keçməyin - İki azərbaycanlı futbolçudan ayaqüstə alqışlanacaq SUPER QOL!

İkinci Liqada 2-ci tur başa çatıb.

«Füzuli» və «Qusar» Şamaxı Olimpiya Kompleksinin stadionunda üz-üzə gəlib.

90 dəqiqə açıq oyuna səhnə olub. Hər iki tərəf başdan sona kimi bu cür mübarizə aparıb.

«Qusar» ilk 10 dəqiqədə iki-üç qol fürsətini qaçırıb, əvəzində nominal ev sahibləri hesabı açıb. Murad Mehdiyev 17-ci dəqiqədə cərimə meydançasının həndəvərindən qapının uzaq küncünü dəqiq nişan alıb - top düz «doqquzluğ»a sancılıb.

23-cü dəqiqədə baş hakim Ruslan Quliyev qonaqları sevindirib. Referinin adi epizodda təyin etdiyi penaltini “Qusar”ın de-fakto baş məçqçisi Kamran Əlibabayevin oğlu Vüqar Əlibabayev qola çevirib.

“Füzuli” ikinci hissənin startından 11 dəqiqə sonra Sabir Allahquliyevla yenidən önə keçib. “Qaradağ Lökbatan” və MOİK-dən tanıdığımız hücumçu müdafiəçilərin “yatmasından” istifadə edərək, başla fərqlənib

. Bundan sonra qapılar önündə təhlükəli anlar bir-birini əvəzləyib. Boşa verilən fürsətlər “qan dondurub”. 74-cü dəqiqədə “fit sahibi” qusarlıları təəccübləndirib.

Sərxan Hacıyev rəqibin cərimə meydançası daxilində kobudluqla dayandırılsa da, Quliyev hücumçunun simulyasiyaya əl atmasını iddia edib və ona ikinci sarı vərəqini göstərərək, meydandan kənarlaşdırıb.

Bu da şimal təmsilçisini sındırmayıb. Az sonra Tərlan Salmanov super yox e, superin superi sayıla biləcək qola imza atıb.

O, künc zərbəsindən havalandırılan topu çarpazvari akrobatik tullanışla “çərçivə”yə ünvanlayıb.

Bu qol Avropanın hər hansı ölkəsinin çempionatında vurulsaydı, dünya indi ondan danışırdı.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Qəzənfər Məmmədov, Taleh Məmmədov
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mahal Məmmədov
Sarı vərəqələr: Sərxan Ağayev, 54 (hakimin qərarına etiraz), 74 (qeyri-idman hərəkəti); Mehman Süleymanlı, 72 (qeyri-idman hərəkəti); Viqar Əlibabayev, 85 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə verilən sarı vərəqə: Emin Əmiraslanov, 38 (meydançaya kənar əşya atdığına görə)
Qırmızı vərəqə: Sərxan Ağayev, 74
Qollar: Murad Mehdiyev, 17; Sabir Allahquliyev, 56 // Viqar Əlibabayev, 23 (p.); Tərlan Salmanov, 77
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Füzuli”

1. Məhərrəm Məmmədli
17. Nahid Mehrəliyev
77. Sabir Allahquliyev
88. Kənan Məmmədov
3. Vurğun Həsənzadə
(9. Mübariz Hüseynzadə, 88)
23. Süleyman Piriyev (k)
(18. Fərhad Salamzadə, 46)
8. Elvin Yunusov
44. Elmir Xəlilov
(91. Bayram Nurizadə, 46)
19. Cəsur Hüseynov
6. Nihad Ağayev
4. Murad Mehdiyev
Ehtiyat oyunçular:
12. Elcan Sarıyev
7. Ruslan Poladov
25. Şaməddin Rüstəmov
10. Vüsal Tahirov
21. Samur-Xan Aslanxanov
Məşqçi: Xəqani Quliyev

“Qusar”

22. İmran Məhərrəmov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
37 Faik Ağakərimov
38. Tərlan Salmanov
(6. Osman Soltanov, 78)
13. Viqar Əlibabayev
17. Elnur Dəmirov
7. Kazbək Qafarov
(99. Manaf Bədəlov, 72)
8. Əsgər Hümbətov
(30. Ruslan Kiçibəyov, 82)
4. Mehman Süleymanlı
3. Murad Hüseynov
Ehtiyat oyunçular:
88. Turan Babayev
2. Elgün Süleymanov
Baş məşqçi: Emin Əmiraslanov

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?