COP29

Elxan Məmmədov qolunu kim izləyib? – VİDEO+FOTOREPORTAJ

7 Sentyabr 17:40 II Divizion 456
Elxan Məmmədov qolunu kim izləyib? – VİDEO+FOTOREPORTAJ

II Liqada ilk turun son qarşılaşmasında «Ağdaş»la «Kür-Araz» üz-üzə gəlib.

Komandalar meydana «Bu gün də, sabah da, daim bizimlə olacaqsan, Rəhman!» yazılmış plankartla çıxıb.

Stadionda 1 dəqiqəlik sükut elan olunub. İştirakçılar bununla «Ağdaş»ın mərhum prezidenti Rəhman Əliyevin xatirəsini yad ediblər.

Bir müddət əvvəl kanalda boğularaq həyatını itirən R.Əliyevin ruhunun dolaşdığı arenada sülh hesabı qeydə alınıb.

«Ağdaş» artıq 3-cü dəqiqədə fərqlənib. Taryel Zeynalov iki müdafiəçinin əhatəsindən qapının uzaq küncünü dəqiq nişan alıb.

Erkən qoldan ruhlanan ev sahibləri sonrakı dəqiqələrdə də rəqib qapıçısını 2-3 dəfə narahat edib. Fəqət, növbəti qol qonaqlardan gəlib.

Elxan Məmmədov düşünülmüş hücumu toru silkələməklə bitirib. Beləcə, psixoloji üstünlük «Kür-Araz»ın tərəfinə keçib.

İmişli təmsilçisi həm fasiləyə qədər, həm də ikinci hissədə daha fəal təsir bağışlayıb. Təhlükəli həmlələrin sayını çoxaldan «pambıqçılar» dörd-beş qol şansını qaçırıblar.

Vasif Nəsirov ikinci sarı vərəqəni alaraq meydanı tərk edəndə, dəqiqələr hələ 71-i göstərmirdi.

Say azlığında qalan «Ağdaş»ın qapısı önündə «keşik çəkən» qarşı tərəf qələbə qazanmadığına görə özünü günahlandırmalıdır. Müdafiədə belə zəif təsir bağışlayan rəqibi bir də haradan tapacaqlar?

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 300 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Sənan Atayev, Rəhman Aslanov
Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Sarı vərəqələr: Aqşin Yaqubov, 7 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 66, 71 (qeyri-idman hərəkəti); Zamiq Abubəkirov, 73 (hakimin qərarına etiraz) // Babək Yaqublu, 34 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 57 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 86 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Vasif Nəsirov, 71
Qollar: Taryel Zeynalov, 3 // Elxan Məmmədov, 36
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“Ağdaş”

1. Ümid Paşayev
5. Vasif Nəsirov
2. Aqil Mirzəyev
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
(17. Revazi Otaraşvili, 33)
(9. Oleq Xəlilov, 63)
24. Elvin İsmayılov
(11. Zamiq Abubəkirov, 46)
8. Akif Abdullayev
(77. Cavid Həşimov, 46)
7. Taryel Zeynalov
20. Ülvi Sarıyev
(21. Eşqin Vəliyev, 63)
36. Şahin Həsənli
14. Aqşin Yaqubov
Ehtiyat oyunçular:
27. Rəvan Əliyev
26. Taleh Yusifli
15. Zaur Səmədov
Məşqçi: Nadir Ebişov

Kür-Araz”

1. Şöhlət Rəhimov
14. Elnur Məmmədov (k)
8. Cavidan Musazadə
22. Mirabbas Mirbabayev
9. Elxan Məmmədov
10. Bayram Əliyev
(17. Rəvan Hatəm, 87)
77. Museyib Vəlizadə
15. Babək Yaqublu
5. İlkin Hüseynli
7. Fəzail Şirxanzadə
(18. Nicat Fərəcli, 88)
3. Eltun Həsənli
Ehtiyat oyunçular:

12. Orxan Mejdunov
6. Ağasən Əsgərov
4. Fərid Oruczadə
44. Ramal Aslanlı
Baş məşqçi: Üzeyir Sefizadə

Digər Xəbərlər
Xəbər Lenti