COP29

Yeni baş məşqçinin ayağı düşərli oldu, çətinlik yaranmadı - VİDEO

6 Sentyabr 17:49 II Divizion 830
Yeni baş məşqçinin ayağı düşərli oldu, çətinlik yaranmadı - VİDEO

II Liqada 1-ci tur geridə qalıb.

Çempionatın favoritlərindən sayılan "Şahdağ Qusar" Şamaxıda "Dinamo"nu qəbul edib.

Matç nominal ev sahiblərinin böyük üstünlüyü şəraitində keçib. Elnur Abdullayevi sükan arxasına gətirmiş şimal təmsilçisi elə ilk hissədə 3 xalın taleyini həll edib.

Famil Camalov dubla imza atıbsa, digər qolu Mehdi Rəsulov vurub. "Şahdağ" fasilədən sonra da hücumlarını davam etdirib.

Qonaqların müdafiə xəttini yarmağa çətinlik çəkməyən qusarlılar yalnız Elmin Qaçaylı "səddinə ilişib".

23 yaşlı qapıçı azı 3-4 epizodda "polislər"i xilas eləyib. "Dinamo"nun belə fürsətlərinin sayı isə ikini keçməyib. Onda da top "çərçivə"yə getməyib.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 20 tamaşaçı
Baş hakim: Səbuhi Bayramov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Aydın Bəxşiyev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqə: Famil Camalov, 42 (qeyri-idman hərəkəti)
Qollar: Famil Camalov, 16; 45+2 (p.); Mehdi Rəsulov, 38
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.

“Şahdağ Qusar”

12. Rafiq Kərimov
15. Nodar Məmmədov
14. Rahid Əmirquliyev (k)
88. Mehdi Rəsulov
(17. Emin Quliyev, 61)
11. Tural Qurbatov
19. İlyas Səfərzadə
70. Ruslan Hacıyev
(7. Salman Atluxanov, 77)
9. Famil Camalov
(21. Ruslan Ağalarov, 61)
4. Rubin Seyidov
(6. Vüsal Hüseynov, 77)
71. Cavid Quliyev
(38. Said Əliyev, 67)
77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular:

1. Babək Allahverdiyev
99. Elmar Əzizov
8. Fərman Qənbərov
44. Afin Bağırov
10. Mehman Məsimov
30. İlkin Mikayılov
55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev

“Dinamo”

12. Elmin Qaçaylı
6. Ramal Əhmədov
3. Nicat Əskərov
20. Valeh Seyidov (k)
14. Əlisa İsayev
10. Ziya Məmmədli
7. Əkbər Səfərzadə
(2. Nihad Mahmudzadə, 53)
8. Uğur Sayıllı
(80. Elvin Əliyev, 86)
17. Fizuli Dəmirov
44. Əli Məmmədli
(18. Aydın İsxanzadə, 38)
88. Aqil Hüseynzadə
Ehtiyat oyunçular:
24. Elvin Məmmədov
22. Fərid Quliyev
5. Cavad Məmmədov
4. Qürbət Əhmədov
99. Kənan Əlizadə
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti