COP29

AFFA və PFL güzəştə getdi, imkanlı komanda oldu, gücləndi və… VİDEO

5 Sentyabr 17:40 II Divizion 783
AFFA və PFL güzəştə getdi, imkanlı komanda oldu, gücləndi və… VİDEO

II Liqada 2024/2025 mövsümünə start verilib.

"Şəfa" yenicə icarəyə götürdüyü "ASK Arena"nın əsas meydançasında "Qusar"ı qəbul edib.

AFFA və Peşəkar Futbol Liqasının "İrəvan"ı çempionatdan kənarlaşdırması nəticəsində güzəşt olunan paytaxt təmsilçisi asan qələbə qazanıb.

Pley-off mərhələsində "Hypers"ə uduzmuş və Region Liqasının qapısından geri qaytarılmış komanda şimal bölgəsindən olan qonaqların qapısından 3 cavabsız top keçirib.

İbrahim Aslanlı 36-cı dəqiqədə hesabı açıb. Aqşin Paşayev 3 dəqiqə sonra uzaq məsafədən gözəl zərbəylə fərqi artırıb.

Elməddin Hüseynzadə isə 79-cu dəqiqədə sürətli əks-hücumu məntiqi sonluğuna çatdırıb.

Hesab meydanda başverənləri özündə tam əks etdirmir. Nadir Əliyevi sükan arxasına gətirmiş ev sahibləri daha 3-4 fürsəti boşa verib.

İmran Məhərrəmov qapıda ayıq-sayıq dayanmasaydı, "Qusar"lılar Bakıdan biabırçı məğlubiyyətlə ayrılacaqdı.

Düzdür, onların da fərqlənmək üçün imkanı oldu. Əsasən də ilk hissədə.

Matçın əvvəlində bir qədər fəallıq göstərdilər, sadəcə, oyunu bu şəkildə davam etdirməyə təcrübələri və fiziki gücləri çatmadı.

Tez yoruldular. Aydın hiss olundu ki, "Qusar" çempionata hazır deyil, heç məşq də keçməyiblər.

Deyəsən, komandanın de-fakto baş məşqçisi olan Kamran Əlibabayev yay aylarında seleksiya prosesinə vaxt ayırmayıb, boş zamanını çayxanalarda domino oynamağa sərf eləyib.

SPORTİNFO.AZ

ASK Arena. 70 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Gülnurə Əkbərzadə, Elmin Süleymanov
Dördüncü hakim: Rövşən Rəcəbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Ceyhun Cavadov, 20 (qeyri-idman hərəkəti); İbrahim Aslanlı, 48 (qeyri-idman hərəkəti); Novruz Məmmədov, 77 (qeyri-idman hərəkəti); Gülalı Mehrəliyev, 90 (qeyri-idman hərəkəti) // Murad Hüseynov, 34 (qeyri-idman hərəkəti); Firudin Ağalarov, 56 (qeyri-idman hərəkəti)
Qollar: İbrahim Aslanlı, 36; Aqşin Paşayev, 39; Elməddin Hüseynzadə, 78
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.

“Şəfa”

1. Vaqif Şirinbəyov
23. Comərd Baxşəliyev
25. Qərib İbrahimov
(70. Elgün Abbaslı, 71)
21. Novruz Məmmədov
9. Röyal Nəcəfov (k)
(7. Elvin Nəsibov, 71)
88. Aqşin Paşayev
6. Ceyhun Cavadov
(10. Rauf Məhərrəmov, 63)
17. Hüseyn Əliyev
32. Elməddin Hüseynzadə
20. Haqverdi Həsənov
(28. Ülvi Quliyev, 63)
77. İbrahim Aslanlı
(27. Gülalı Mehrəliyev, 79)
Ehtiyat oyunçular:

13. Əli Həsənli
12. Rafiq Həsənov
22. Tural Nərimanov
34. Elmin Əskərli
8. Elçin Rəhimli
99. Muhəmməd Məmmədli
18. Rəsul Əliyev
Baş məşqçi: Nadir Əliyev

“Qusar”

22. İmran Məhərrəmov
15. Firudin Ağalarov
11. Sərxan Ağayev (k)
37 Faik Ağakərimov
88. Turan Babayev
(38. Tərlan Salmanov, 46)
17. Elnur Dəmirov
6. Osman Soltanov
(7. Kazbək Qafarov, 20)
8. Əsgər Hümbətov
(26. Mirzə Əmirov, 70)
4. Mehman Süleymanlı
(2. Elgün Süleymanov, 70)
3. Murad Hüseynov
18. İlham Yarəliyev
(13. Viqar Əlibabayev, 46)
Ehtiyat oyunçular:
99. Manaf Bədəlov
30. Ruslan Kiçibəyov
Baş məşqçi: Emin Əmiraslanov

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var