COP29

Bu gün II Liqada nələr olacaq? – Oyunlardan CANLI YAYIM

2 Sentyabr 16:20 II Divizion 501
Bu gün II Liqada nələr olacaq? – Oyunlardan CANLI YAYIM

Bu gün II Liqada ikinci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçiriləcək.

Çempionluğa iddialı «Şahdağ» Şamaxıda «Dinamo»nu qəbul edəcək. Yay fasiləsində heyətini xeyli gücləndirən «Şəmkir» Şəki səfərində qələbə arayacaq.

AFFA-nın güzəşti sayəsində yarışda iştirakını davam etdirən «Şəfa» Bakıda «Qusar»la üz-üzə gələcək.

«Ağdaş»la «Kür-Araz» isə birincilərin meydandanında münasibətlərində aydınlıq gətirəcəklər.

“Sheki City” – “Şəmkir”

Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Sənan Bayramzadə

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: İlham Əliyev

Şəki şəhər stadionu, 16:30

“Şahdağ Qusar” – “Dinamo”

Hakimlər: Səbuhi Bayramov, Rasim Axundov, Aydın Bəxşiyev, Murad Səlimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı OİK stadionu, 16:45

“Şəfa” – “Qusar”

Hakimlər: İslam Məmmədov, Gülnurə Əkbərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“ASK Arena”, 17:00

“Ağdaş” – “Kür-Araz”

Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Namiq Bəkirov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Ağdaş şəhər stadionu, 17:00

Digər Xəbərlər
Xəbər Lenti