COP29

10-dan artıq futbolçu bu komandaya "köç" etdi, 41yaşında "davam" dedi

10 Avqust 23:40 II Divizion 996
10-dan artıq futbolçu bu komandaya "köç" etdi, 41yaşında "davam" dedi

Yeni mövsümü II Liqada keçirəcəyi dəqiqləşən «Şəfa» iddialı duruma gəlib.

Ötən mövsüm «Füzuli»ni çalışdıran Nadir Əliyevlə anlaşan paytaxt təmsilçisi Mahir Əliyevi ona köməkçi təyin edib.

Düşərgəyə isə 20-dən artıq yeni oyunçu cəlb olunub. Onların əksəriyyəti «Baku Sportinq»lə II Liqanın çempionu olanlardır.

I Liqaya vəsiqə qazanan Buzovna klubunun 10-dan artıq futbolçusu «Şəfa» ilə müqavilə imzalayıb.

Bu siyahıda Röyal Nəcəfov, Comərd Baxşəliyev, Vaqif Şirinbəyov, Hüseyn Əliyev, və başqaları var. Həmçinin millinin və «Neftçi»nin sabiq müdafiəçisi Ruslan Əmircanov da «Cəbrayıl»ı «Şəfa»ya dəyişib.

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına iyulun ortasında aydınlıq gəldi. AFFA həmin iştirakçının "Şəfa" olacağını açıqladı.

Elan olundu ki, bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr yekunlaşıb.
"Şəfa" yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu.

Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan "İrəvan"ın əvəzinə II Liqada oynamasına qərar verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…