COP29

Prezidentdən komanda və məşqçilərlə bağlı AÇIQLAMA

30 İyul 17:00 II Divizion 1 217
Prezidentdən komanda və məşqçilərlə bağlı AÇIQLAMA

Yeni mövsümdən II Liqada mübarizə aparacaq «Araz Saatlı»da istirahət başa çatıb.

Bu barədə Sportinfo.az-a klubun prezidenti Ədalət Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, komanda bu gün Saatlıda yerləşən "Hunter Villa" Təlim-Məşq Mərkəzində toplaşacaq:

"Sabahdan etibarən hazırlıqlara start verəcəyik. İlk həftə daha çox seleksiya xarakteri daşıyacaq.

Baxışa dəvət etdiyimiz yerli və ölkənin digər bölgələrindən olan xeyli sayda gənc var. Məşqlər "Hunter Villa"da olacaq.

Ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyik.

Baş məşqçimiz Şəhriyar Məmmədovdur. Köməkçiləri Saatlının özündən olacaq. Elşən və Zəkəray Atakişiyevlər".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…