COP29

Bölgə klubu baş məşqçi postuna tanış simanı gətirmək istəyir

21 İyul 22:55 II Divizion 1 943
Bölgə klubu baş məşqçi postuna tanış simanı gətirmək istəyir

II Liqada çıxış edən "Kür-Araz" rəhbərliyi boş qalan baş məşqçi postuna tanış simanı gətirmək istəyir.

Söhbət "İmişli"nin sabiq çalışdırıcısı Ruhid Usubovdan gedir.

Komandada prezident vəzifəsini tutan Mirheydər Səfiyev şəxsən gənc mütəxəssislə əlaqə saxlayıb, istəyini ona aşkar edib.

38 yaşlı çalışdırıcı rəhbər şəxsdən düşünmək üçün vaxt istəyib.

Maraq üçün bildirək ki, ötən mövsüm bölgə klubunu Ələmdar Mustafazadə çalışdırıb.

Millinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin atası klub rəhbərliyinə etiraz əlaməti olaraq ötən ay klubdan getdiyini açıqlayıb.

Qeyd edək ki, "Kür Araz" arxada qalan mövsüm 39 xal toplayıb və sezonu turnir cədvəlinin 6-cı pilləsində başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?