COP29

Rayona köçən klubun yeni stadionundan MÖHTƏŞƏM GÖRÜNTÜ - VİDEO

15 İyul 20:40 II Divizion 4 811
Rayona köçən klubun yeni stadionundan MÖHTƏŞƏM GÖRÜNTÜ - VİDEO

Ötən mövsüm Region Liqasında iştirak edərək II Liqaya vəsiqə qazanan “Hypers” bundan sonra “Hypers Guba” adı altında iştirak edəcək.

Klub rəhbərliyi Qubanı təmsil etməyi qərara alıb ki, bu addım futbolda kütləviliyin inkişafına xidmət edir.

“Hiperlər” həftəiçi məşqlərini Bakıda keçirəcək, çempionat görüşlərindən bir gün əvvəl Qubaya yollanıb orada hazırlaşacaq.

Yeni salınmış təbii örtüyü qorumaq üçün bu qərar verilib. Həftədə iki dəfə otun üstünə ayaq basılacaq – biri oyunöncəsi məşqdə, digəri rəsmi matç zamanı.

HƏBİB / SPORTİNFO.AZ

Təmirdən yeni çıxan Quba şəhər stadionunun görüntülərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti