Azərbaycan II Liqasının çempionu bəlli olub.
XXV tur çərçivəsində doğma meydanda “Dinamo”ya qalib gələn (4:2) “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.
Yeni yaradılan və Buzovnanı təmsil edən komanda mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.
Elman Sultanovla Toğrul Əhmədovun çalışdırdığı “Baku Sportinq” 2024/2025 mövsümündən etibarən Azərbaycan I Liqasında çıxış edəcək.
Qəsəbə klubunun rəhbərliyi bu münasibətlə futbolçuları mükafatlandırmağı lazım bilib.
Bundan əsas heyət üzvlərinin hər birinin payına 1000 manat düşəcək.
SPORTİNFO.AZ