II Liqada yarışan «Şəmkir» baş məşqçi dəyişiklyinə gedib.
Uzun illər öncə iki dəfə ölkə çempionluğu əldə etmiş qərb təmsilçisi Xəyal Abdullayevlə yolları ayırıb.
Buna səbəb komandanın mövsümün geridə qalan hissəsində zəif çıxış etməsidir. Belə ki, «ağ-qaralar» 14 tur ərzində cəmi 6 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində yerləşib.
Şəmkirin eyniadlı komandasını kimin çalışdıracağı da artıq məlumdur. Bu, «Kəpəz»dən yaxşı tanıdığımız Ceyhun Əhmədovdur.
Onun qarşısına kollektivi çempionatda saxlamaq vəzifəsi qoyulub.
SPORTİNFO.AZ