COP29

Azərbaycanda 11-ci komanda

8 Dekabr 2023 09:20 II Divizion 1 774
Azərbaycanda 11-ci komanda

"Şahdağ Qusar" Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, II Liqada mübarizə aparan komanda 13-cü turun matçında “Göygöl”ə qalib gəlib.

Qusarlılar səfərdə 4 cavabsız qol vurub.

Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci qələbəsi olub. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümədək fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib.

“Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbəsi ümumilikdə 558-ci görüşündə əldə edib.

"Şahdağ Qusar" ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qələbəsi 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?