II Liqada mövsümün ən az rast gəlinən qollarından biri vurulub.
Bu, Şəfa” - “Sheki City” matçında (0:6) qeydə alınıb.
Belə ki, əyalət təmsilçisi matçın 20-ci dəqiqəsində künc zərbəsindən sonra fərqlənib. Ev sahiblərinin qapıçısı Ayxan Qələndərli kornerdən göndərilən topu öz qapısına fırladıb.
Oyunboyu üstün təsir bağışlayan şəkililər Ravil Yusiflinin het-trikinə sevinib. Hücumçu 38, 45 (pen) və 82-ci dəqiqələrdə “Şəfa”nın qapısına yol tapıb.
Qonaqlardan Elçin Ramazanov və Şahin Şaxnıyev da fərqlənmmək fürsətini boşa verməyib.
SPORTİNFO.AZ