Azərbaycan yığmasının və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev II Liqada məşqçiliyə başlayıb.
O, cari mövsümdən formasını geyindiyi “Hypers”I ilk məşqə çıxarıb.
Vüqar Nadirovin istefasından sonra bu iş ona tapşırılıb. Hücumçu Nurlan Novruzov da köməkçi qismində İmamverdiyevə yardım etməkdədir.
Ancaq hələlik tam bəlli deyil ki, İmamverdiyev rəsmən baş məşqçi funksiyasını yerinə yetirəcək, yoxsa müvəqqəti.
Ən qısa müddətdə bu sualın cavabın aydınlıq gəlməlidir. Hər halda Quba komandası axtarış içindədir.
SPORTİNFO.AZ