COP29

Azərbaycanda tanınmış klub iddialı qayıdır? - VİDEO

4 Sentyabr 17:40 II Divizion 1 545
Azərbaycanda tanınmış klub iddialı qayıdır? - VİDEO

II Liqada ilk tur arxada qalıb.

Ötən mövsümlə müqayisədə heyətinə xeyli «əl gəzdirən» «Şəmkir» güclənmiş görünür. I

Liqada çıxış etmiş Akif Tağıyev və Vidadi Cəfərov kimi təcrübəli simaları sıralarına qatmış qərb təmsilçisi Şəki səfərindən 3 xalla dönüb.

İlk hissə bərabər mübarizə şəraitində keçib. Komandalar qapı qarşısında təhlükəli epizodlar yaratmağa çətinlik çəkdiyindən, uzaqdan zərbələrə üstünlük verilib.

Fasilədən sonra Ceyhun Əhmədov müəyyən əvəzetmələrə gedib və bu, gedişatı büsbütün dəyişib. Vaxtilə gənclər yığmasına dəvət alan V.Cəfərov diqqətləri özünə çəkib.

Son yarım saatda forma geyinən hücumçu qısa arada dubla imza atıb. Mingəçevirli forvardın xeyli artıq çəkisinə rəğmən, qıvraq hərəkətləri gözlərdən yayınmayıb.

Bundan sonra şəkili tərəfdarlar tribunaları tərk etməyə başlayıb. 1 manata aldıqları biletləri yerə atan azarkeşlər stadiondan uzaqlaşmağa macal tapmamış qonaqlar daha bir dəfə ev sahiblərinin qapısına yol tapıb.

SPORTİNFO.AZ

Şəki şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Asif Abdullayev, Orxan İbişov
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: Ceyhun Rəcəbli, 30 (hakimin qərarına etiraz); Elçin Ramazanov, 76 (hakimin qərarına etiraz) // Kamran Kərimov, 27 (qeyri-idman hərəkəti); Rövşən Şahmuradov, 55 (qeyri-idman hərəkəti); Sahib Cümşüdov, 58 (qeyri-idman hərəkəti); Sehran Abbasov, 65 (qeyri-idman hərəkəti); Kərəm Əhmədli, 78 (qeyri-idman hərəkəti); Cavanşir Cavanşirov, 83 (qeyri-idman hərəkəti)
Qollar: Vidadi Cəfərov, 68, 82; Ümid Nağdalıyev, 85
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.

“Sheki City”

12. Emil Mustafayev
5. Ramin İsmayılov (k)
4. Süleyman Rauflu
20. Orxan Kərimov
55. Elçin Ramazanov
9. Aqil Mustafayev
3. Mehman İbadov
33. Xəyal Əmirli
7. Ceyhun Rəcəbli
11. Elşən Mustafayev
17. Xalıq Şabanov
(19. Asim Quliyev, 46)
Ehtiyat oyunçular:
13. Eldəniz Əliyev
88. Ramil İsmayılov
6. Xəyal Məmmədov
99. Elgün Hacıbabayev
22. İlkin Ağaniyev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

“Şəmkir”

1. Novruz Rəhimov (k)
17. Elnur Mustafazadə
11. Rövşən Şahmuradov
7. Sahib Cümşüdov
(9. Vidadi Cəfərov, 60)
3. Kamran Kərimov
(19. İsmayıl Əskərov, 87)
2. Əyyub Cabbarov
23. Cavanşir Cavanşirov
8. Əli Tağızadə
(10. Akif Tağıyev, 46)
5. Sehran Abbasov
6. Kərəm Əhmədli
15. Ümid Nağdalıyev
Ehtiyat oyunçular:
44. Elşad Mirzəyev
20. Cavid Abbasov
14. Surac Şahbazov
4. Kənan İbişov
Baş məşqçi: Ceyhun Əhmədov

Digər Xəbərlər
Xəbər Lenti