COP29

“Hazırda klubun bütün yükü mənim üzərimdədir, qəpik-quruş veririk”

26 Noyabr 14:40 II Divizion 861
“Hazırda klubun bütün yükü mənim üzərimdədir, qəpik-quruş veririk”

«Hal-hazırda klubun bütün yükü mənim üzərimdədir ».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in İdarə Heyətinin sədri Famil Məmmədov deyib.

Cənub klubunun rəhbəri aylardan bəri davam edən maliyyə çətinliyini aradan qaldırmaq üçün müxtəlif mənbələrə baş vurduqlarını söyləyib.

Müsahib II Liqada çıxışlarını yarımçıq dayandırmaq istəmədiklərini bildirib:

«Hələ qaynaq tapa bilməmişik. Hamının «Lerik»in vəziyyətindən xəbəri var.

Sadəcə, kömək edən yoxdur. Bütün xərclər indi mənim üzərimdədir.

Təkbaşına komanda saxlamaq isə qeyri-mümkündür. Bacardığımı edirəm ki, «Lerik» yaşasın, çempionatın gedişində fəaliyyətini davam etdirməsin.

Açığı, futbolçuların fədakarlığı sayəsində komanda yaşayır. Qəpik-quruş alırlar.

Sağolsunlar, bizi başa düşürlər. Bu mövsüm iştirak ərizəsinə 27-28 oyunçu oyunçu daxil etmişik.

Necə nəfər 1 aydan çoxdur çıxıb gedib. Onlara sözümüz yoxdur, çünki başqa yerlərdən təklifləri var.

Region Liqasında buradakından normal pul alırlar. Qalanların əksəriyyəti gənclərdir».

Digər Xəbərlər
Xəbər Lenti
26 Noyabr 20:00 Futbol, yoxsa əyləncə?
26 Noyabr 08:50 "Qrupumuzda zəif yoxdur"
26 Noyabr 08:20 "Zirə"dən 6-cı uğur
26 Noyabr 02:30 Uşaq gözləyirlər - FOTO
26 Noyabr 01:50 Azərbaycanda 250-ci...