II Liqanın daha bir iştirakçısı maliyyə çatışmazlığı ilə üzləşib.
«Saatlı-Araz» iflas olmağın bir addımlığındadır.
Ötən mövsüm I Liqada mübarizə aparmış Saatlı təmsilçisi əsas dəstəkçilərini itirdiyi üçün böhranlı vəziyyətə düşüb.
Komanda artıq bir müddətdir gündəlik məşqləri dayandırıb. Futbolçular yalnız oyun-oyuna bir araya gəlir və meydana çıxır.
II Liqada mövsümın ilk 9 həftəsi «qara xəbərlər»lə zəngindir.
«Lerik», «Füzuli» və «Qusar»ın maddi mənbələri yox olub. Onlar hər an fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir.
SPORTİNFO.AZ