Quba 24 illik aradan sonra böyük futbola qucaq açıb.
Ötən il yaradılan və Region Liqasından II Liqaya yüksələn «Hypers» artıq bu rayonun təmsilçisidir.
Yarımhəvəskar statuslu çempionatda ilk oyununu «Araz Saatlı»ya qarşı keçirən (3:2) Vüqar Nadirovun komandası rahat ola bilər.
Yerli publika onları gülərüzlə qarşılamaqdadır. Açılış turunda 1200 nəfərdən çox azarkeşin tribunada yer alması bunun göstəricisidir.
90 dəqiqə dayanmaq bilməyən fanatlar «Hypers»ə isti münasibət göstərib.
Qubanın sonuncu klubu «Şahdağ» olub. «Şahdağ» 24 il qabaq Premyer Liqada mübarizə aparıb və maliyyə problemlərinə görə fəaliyyətini dayandırıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: