COP29

“Bostan”da bir pis hərəkət, bir qol - VİDEO

19 Sentyabr 17:40 II Divizion 937
“Bostan”da bir pis hərəkət, bir qol - VİDEO

.II Liqada üçüncü tur arxada qalıb.

«Ağdaş» təmsil etdiyi rayonda «Araz Saatlı»nı qonaqlayıb.

Cəmi 100 azarkeşin izlədiyi qarşılaşma qol epizodları sarıdan bol keçib. Bərbad və kələ-kötür meydança futbolçuların işini xeyli çətinləşdirsə də.

Ev sahibləri 34-cü dəqiqədə azlıqda qalıb. Rəqibin ayağını tapdalayan Vasif Nəsirov birbaşa qırmızı vərəqə alıb.

1988-ci il təvəllüdlü yarımmüdafiəçinin ilk turda da oxşar hərəkətə görə «qırmızı»ya tuş gəlməsini xatırladaq.

Oyunu izləyənlər gördü ki, «Araz»ın texnikalı futbolçuları çoxdur. Onların taktika haqda anlayışları da məhdud deyil.

Bir neçə düşünülmüş hücum təşkil edə bildilər. Və təəssüf ki, yenə bostanvari meydança amilinə qayıtmalı oluruq.

Sırf bu səbəbdən cəmi 1 qol vuuldu. Elariz Xəlilli 78-ci dəqiqədə yaxın məsafədən tora yol tapdı.

Əgər qazon nisbətən normal hala salınsaydı, qapılara azı 6-7 top vurulardı.

Belə yerdə futbol oynamaq qadağan edilməlidir. Futbolçu burada hər an şikəst ola bilər.

SPORTİNFO.AZ

Ağdaş şəhər stadionu. 100 tamaşaçı
Baş hakim: Namiq Bəkirov
Baş hakimin köməkçiləri: Səbuhi Əmrahov, Səbuhi Soltanov
Dördüncü hakim: Sərxan İsmayılov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Elçin Süleymanov, 31 (qeyri-idman hərəkəti); Aqil Mirzəyev, 45 (qeyri-idman hərəkəti); Taryel Zeynalov, 66 (qeyri-idman hərəkəti); Ülvi Sarıyev, 66, oyundan sonra (qeyri-idman hərəkəti); Zamiq Abubəkirov, 72 (qeyri-idman hərəkəti) // Ramiz Qasımov, 66 (qeyri-idman hərəkəti); Turqut Mustafazadə, 72 (qeyri-idman hərəkəti); Elariz Xəlilli, 90+4 (qeyri-idman hərəkəti); Kamran Yolçiyev, oyundan sonra (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Vasif Nəsirov, 34 (ciddi qayda pozuntusu); Ülvi Sarıyev, oyundan sonra
Qol: Elariz Xəlilli, 78
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

“Ağdaş”

1. Ümid Paşayev
5. Vasif Nəsirov
9. Oleq Xəlilov
(8. Akif Abdullayev, 74)
2. Aqil Mirzəyev
3. Səbuhi Ağayev (k)
33. Elçin Süleymanov
(26. Taleh Yusifli, 82)
7. Taryel Zeynalov
20. Ülvi Sarıyev
11. Zamiq Abubəkirov
(77. Cavid Həşimov, 74)
27. Rəvan Əliyev
(21. Eşqin Vəliyev, 46)
14. Aqşin Yaqubov
Ehtiyat oyunçular:
12. Ruslan Hüseynov
4. Azad Əzimli
36. Şahin Həsənli
Baş məşqçi: Ruslan Hüseynov

“Saatlı-Araz”

1. Ümüd Cəfərov
9. Nurlan İsayev
(11. Kamran Yolçiyev, 46)
19. Rəsul İbrahimov
10. Zaur Fərzəliyev
(15. Cavid Əliyev, 62)
7. Xəyal Bədirov
8. Ramin Süleymanov
17. Elariz Xəlilli
6. Həmzə Əliyev (k)
(5. Qurban Hüseynov, 42)
44. Ramiz Qasımov
4. Loğman Əliyev
66. Turqut Mustafazadə
(14. Abdulla Köngülov, 74)
Ehtiyat oyunçular:
12. Teymur Hüseynov
24. Ülvi Əvəzov
49. Pərviz Eyvazov
Baş məşqçi: Şəhriyar Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var