COP29

Klublar AFFA prezidentinə məktub yazdı, maliyyə yardımı istədi

31 İyul 09:40 II Divizion 1 680
Klublar AFFA prezidentinə məktub yazdı, maliyyə yardımı istədi

II Liqada çıxış edən bir neçə klub AFFA prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.

Aşağı liqa təmsilçiləri federasiya başçısından dəstək istəyib.

Onlar II Liqaya ayrılan maliyyə yardımının az olmasını bildirib, məbləğin artırılmasını xahiş ediblər.

Yarışmaçılar 50 min manatın illik fəaliyyətə kifayət etmədiyini faktlarla əsaslandırıb, dotasiyanın miqdarının iki dəfə artırılacağı təqdirdə, vəziyyətin nisbətən düzələcəyini məktubda xüsusi vurğulayıblar.

Növbəti mövsüm II Liqada iştirakçı sayı dəyişməyəcək. Yenə də 14 komanda çempionatda qüvvəsini sınayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…