Cənublu oyunçudan göz qamaşdıran FANTASTİK QOL - VİDEO

14 Mart 23:40 II Divizion 662
Cənublu oyunçudan göz qamaşdıran FANTASTİK QOL - VİDEO

II Liqada 16-cı tura yekun vurulub.

Çempionatda qalmaq uğrunda mübarizə aparan "Lerik" səfərdə "Göygöl"ün qonağı olub.

Cənub təmsilçisi burada mövsümün ən yaxşı oyununu keçirib. Leriklilər hesabı erkən açıb.

Ramiz Baığrovu 8-ci dəqiqədə komanda yoldaşının zərbəsindən sonra qapıçıdan dönən topa müdafiəçidən tez çataraq, toru silkələyib.

Fasiləyə az qalmış Rəvan Quluzadə möhtəşəm vuruşla alqış qazanıb. Onun təqribən 35-36 metr məsafədən qapıya göndərdiyi «yuvarlaş meşin» öncə qapı tirinə dəyərək xətdən içəri düşüb.

Şübhə yox ki, «Lerik»li yarımmüdafiəçinin bu qolu martın ən yaxşı «Top-5»inə düşəcək. Çünki Rəvan həqiqətən gözə işıq verən dəqiq zərbəylə yadda qaldı.

«Göygöl» sanki özündən küsmüşdü. Bəlkə də yerli komandada əksəriyyət oruc tutub meydana çıxmışdı, ya nəsə başqa səbəb var, hər halda istəksiz görünürdülər. Məğlubiyyətə hazır idilər, elə bil.

Fasiələdən sonra da bu, belə idi: «Göygöl» pərakəndə və süst futbolu ilə «Lerik»i daha da ruhlandırırdı. Belədə qonaqlar Zaur Nuruzadə ilə daha iki dəfə fərqlənməyə fürsət tapdı.

Qərblilərin ifasında təsəlli qolunu da ihlədik. 74-cü dəqiqədə Zahid Sadıxov müdafiəçilərin əhatəsində olmasına rəğmən, çətin vəziyyətdən qapının uzaq küncünü dəqiq nişan aldı.

"Lerik" 10 xalla 12-ci, "Göygöl" isə 11 xalla 10-cu pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Göygöl" - "Lerik" 1:4

Qollar: Qollar: Zahid Sadıxov, 73 // Ramiz Bağırov, 8; Rəvan Quluzadə, 43; Zaur Nuruzadə, 56, 82
Göygöl OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Rəsul Babayev
Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Orxan İbişov
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Fərid Soltanzadə, 40 (qeyri-idman hərəkəti); Seymur Fərəci, 58 (qeyri-idman hərəkəti); Zahid Sadıxov, 82 (qeyri-idman hərəkəti); Oqtay Məmmədov, 90+1 (qeyri-idman hərəkəti) // Zaur Nuruzadə, 40 (qeyri-idman hərəkəti); Cavid Məmmədov, 67 (qeyri-idman hərəkəti); Rəvan Quluzadə, 90+1 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 2 dəq.

“Göygöl”: 99. Pərvin Zeynalov 44. Elxan Əzizov (66. Dursun Məmmədov, 64) 14. Ülvi Cəlilov (k) 10. Elcan Rəhimov (9. Zahid Sadıxov, 46) 32. Oqtay Məmmədov 6. Kamal Həsən-pur 20. Fərid Soltanzadə (3. İsmayıl Məmmədov, 64) 97. Cavanşir Cavanşirov 17. Çingiz Məmmədov (11. İntiqam Tağıyev, 64) 4. Kərəm Əhmədli 8. Seymur Fərəci

Ehtiyat oyunçular: 13. Novruz Rəhimov 15. Surac Nəcəfov 5. Səid Həsənov
Məşqçi: Bilal Mehdiyev

“Lerik” 1. Cavidan İzzətli 17. Fahil Dostiyev (4. Mircavad Ağazadə, 76) 11. Ruslan Tağızadə 25. Mehman İbadov 90. Zaur Nuruzadə (k) 10. Rəvan Quluzadə 3. Mirvaleh Hüseynov (24. Hüseyn Əkbərli, 83) 8. Zeynal Axundzadə 16. Rəşad Zeynallı 9. Ramiz Bağırov 23. Cavid Məmmədov

Ehtiyat oyunçular:
Baş məşqçi:
Vidadi Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 10:40 4 qol - VİDEO