COP29

"Qaradağ"da islahatlar başladı - Qeyri-rəsmi baş məşqçi və "sağ əli" göndərildi

14 İyul 09:50 I Divizion 5 303
"Qaradağ"da islahatlar başladı - Qeyri-rəsmi baş məşqçi və "sağ əli" göndərildi

«Qaradağ Lökbatan»da islahatlar başlayıb.

Premyer Liqaya vəsiqəni son anda əldən verən qəsəbə təmsilçisi indi yalnız bəzi futbolçuları ilə vidalaşmır.

«Yarpaq tökümü» meydanın kənarını da əhatə edir. Belə ki, klub rəhbəri Füzuli Məmmədovla işbirliyini dayandırıb.

Dörd ilə yaxındır əsas komandaya nəzarət eləyən, faktiki olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən mütəxəssis buradan uzaqlaşdırılıb.

Onunla yanaşı, Rafael Əmirbəyovla yeni müqavilə imzalanmayıb.

Sözgüedən cütlük «Qaradağ»dan getsə də, bundan sonra yenə birlikdə çalışacaq. U-18 yığmasına təyinat alan F.Məmmədov R.Əmirbəyovu öz korpusuna götürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti