COP29

Premyer Liqaya iddialı klub bu problemi nə vaxt həll edəcək?

30 Avqust 18:00 I Divizion 965
Premyer Liqaya iddialı klub bu problemi nə vaxt həll edəcək?

“İmişli”nin ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli şəhər stadionunun ot örtüyünün dəyişdirilmə prosesi davam edir.

İlk mərhələdə köhnə ot örtüyü çıxarılır, sonra xüsusi cihaz vasitəsilə otla torpaq qarışdırılır.

Növbəti mərhələdə otun səviyyəsi ölçülərək toxum səpilir. Sonra isə gübrələnmə işləri həyata keçirilir.

“İmişli” I Liqanın ilk turunda “Baku Sportinq”i qəbul edəcək. Oyun sentyabrın 11-də keçiriləcək.

Çempionatın ilk həftəsinə qədər stadionun ot örtüyünün yenilənməsi prosesinin yekunlaşması planlaşdırılsa da, podratçı şirkət işləri həmin vaxtadək təhvil verməyə bilər.

Hər halda aran klubunun rəhbərliyində belə bir təlaş var. Odur ki, imişlilər Peşəkar Futbol Liqasına müraciət edərək, ilk görüşün Saatlıya salınması məsələsini qaldırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti