COP29

"Qiymətlər kəskin artıb, üç-dörd dəfə artıq maaş istəyirlər"

18 Avqust 16:30 I Divizion 2 911
"Qiymətlər kəskin artıb, üç-dörd dəfə artıq maaş istəyirlər"

«Komandaya dörd-beş legioner götürmək fikrimiz var».

Bu sözləri Sportinfo.az-a açıqlamaısnda «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.

O, I Liqada növbəti mövsümə hazırlıqla bağlı əməkdaşımızı məlumatlandırıb.

Yevlax təmsilçisinin çalışdırıcısı bildirib ki, ötənilki heyətdə forma geyinən legionerlərdən yalnız 1-ni düşərgədə saxlayıb:

«Kinqdən başqa hamısını yola salmışıq. «Kəpəz»dən qanalı yarımmüdafiəçi Ezekiel Morqanı birillik icarəyə götürmüşük.

İndiyədək səkkiz-doqquz legioneri baxışdan keçirmişik. Bəyəndiyimiz olmayıb. Qarşıdakı günlərdə başqaları gəlməlidir.

Ümumiyyətlə, yayda çoxunu komandadan yola salmışıq. Yeddi-səkkiz yerli uşaqla müqavilə bağlamışıq.

Problem, bilirsiz, nədən ibarətdir? Yerli futbolçuların qiyməti kəskin artıb.

Keçən mövsüm aldıqlarından üç-dörd dəfə artıq maaş istəyirlər. Ona görə də transfer bazarında rahat hərəkət etmək olmur».

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…