Bu gün «İmişli»də klubdaxili toplantı keçiriləcək.
Yğıncaqda komandanın I Liqanın ilk yarısındakı nəticələri müzakirəyə çıxarılacaq.
Burada bir sıra mühüm qərarların alınması gözlənilir. Hətta Fərid Namazovun baş məşqçi postundan ayrılması da gündəmdədir.
Hər halda gənc çalışdırıcı «Cəbrayıl»la 0:0 bitən 11-ci tur matçından sonra futbolçulara iş yerini tərk etmək niyyətində olması barədə məlumat verib.
Onunla rəhbərlik arasında gərginlik hökm sürür.
Namazov funksionerlərin kollektivə münasibətindən və onlara yaradılan şəraitdən kəskin narazıdır. O. verilən vədlərin əksəriyyətinin yerinə yetirilməməsindən gileylidir.
Premyer Liqaya vəsiqə qazanmaq həvəsinə düşmüş aran təmsilçisi mövsümün geridə qalan hissəsində 21 xal yığıb. Turnir cədvəlində üçüncü olan «İmişli» lider «Qəbələ»dən 8 xal geri qalır.
SPORTİNFO.AZ