Azərbaycan yığmasının sabiq hücumçusu Amil Yunanovun klubsuz günləri başa çatıb.
Ötən mövsümə “Səbail”də başlayan, bu ilin əvvəlindən “Kəpəz”in formasını geyinən forvard karyerasını I Liqada davam etdirəcək.
Qurban Qurbanovun vaxtında ölkənin əsas millisinə cəlb olunan “Qəbələ”nin yetirməsi “Baku Sportinq”dən gələn təklifi dəyərləndirib.
II Liqanın çempionu olaraq I Liqada iştirak haqqı qazanan Buzovna təmsilçisi onunla birillik müqavilə şərtlərini razılaşdırıb.
SPORTİNFO.AZ