COP29

“Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın"

14 Avqust 07:50 I Divizion 1 398
“Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın"

“Ötən mövsümə qədər 1-ci Liqa özünü tam doğrultmurdu, çünki yarış əvəzedicilərlə birgə keçirilirdi.

Lakin ötən mövsüm 1-ci Liqa öz ab-havasına qayıtdı”.

Sportinfo.az xəbər verir ki, bu bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov deyib.

E.Abbasoz aşağı liqalarda ötən il buraxılan səhvlərdən nəticə çıxarmalı olduqlarını vurğulayıb:

“Çalışacağıq ki, bu mövsüm ötən il buraxdığımız səhvlər təkrarlanmasın. Bu halda daha irəliləmiş, daha püxtələşmiş liqanın şahidi ola bilərik.

Bunda klubların da üzərinə çox böyük məsuliyyət düşür. İnfrastruktur və kadr baxımından. Stadionlara mütəmadi baxışlar həyata keçirilir.

İkinci Liqaya vəsiqə qazanan “Hypers Guba”nın ev oyunlarını keçirdiyi Quba Olimpiya Kompleksinin stadionu əla vəziyyətdədir.

Hətta deyərdim ki, o stadion Premyer Liqada matçlarını qəbul edə biləcək səviyyədədir”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…