İlk dəfə I Liqada qüvvəsini sınayan «Baku Sportinq»dən gedənlərin sayı 5-ə çatıb. Buzovna təmsilçisi
Elvin Dəmirovdan sonra Nazim Həsənzadə, Şahin Balejai, Xaqani Məmmədov və Elcan Hafizli ilə yollarını ayırıb.
Çempionatın debütantı onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qəsəbə komandasının qarşıdakı günlərdə daha 2-3 nəfərlə vidalaşacağı gözlənilr.
Elman Sultanovun çalışdırdığı kollektiv 11 tura 14 xal toplayıb. Bu nəticə ilə 2024-cü ili turnir cədvəlinin 7-ci pilləsində tamamlayıblar.
SPORTİNFO.AZ