COP29

İlk dəfə çempionatda çıxış edəcək klubla bağlı NÖVBƏTİ XƏBƏR

25 İyul 11:00 I Divizion 1 585
İlk dəfə çempionatda çıxış edəcək klubla bağlı NÖVBƏTİ XƏBƏR

Bu il ilk dəfə I Liqada yarışacaq «Baku Sportinq»in ev oyunlarını harada keçirəcəyi müəyyənləşib.

Buzovna klubu rəqiblərini təmsilçisi olduğu qəsəbənin yeni təmirdən çıxmış stadionunda qəbul edəcək.

Peşəkar Futbol Liqasının nümayəndələri yaxın günlərdə bura baxış keçirəcək, görüləcək işlərlə tanış olacaq.

Belə götürəndə, hər şey hazırdır. İki il öncə yenidən qurulmasına start verilən arenada bir çox iş görülüb.

Təbii qazon salınıb, tribuna tikilib, əraziyə su çəkilib, artezian quyusu qazılıb, soyunub-geyinmə və hakimlər otaqları bərpa olunub, yardımçı bina hazır vəziyyətə gətirilib.

Yaxın günlərdə isə «sky-box» istifadəyə veriləcək.

3 yanvar tarixində 26 il sonra Buzovnaya böyük futbol qayıdıb.

Qəsəbə təmsilçisi "Xəzri" 1998-ci ildə "Gənclik" stadionunda axırıncı dəfə rəsmi ev matçında meydana çıxdıqdan sonra dağılmışdı. Aradan 26 il keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?