COP29

"Bizə deyilib ki, pul almayacaq, hərə getsin öz başının çarəsini qılsın"

28 İyul 15:15 I Divizion 3 596
"Bizə deyilib ki, pul almayacaq, hərə getsin öz başının çarəsini qılsın"

I Liqanın ən kasıb iştirakçılarından biri olan «Mingəçevir» növbəti pis xəbər alıb.

Bu barədə redaksiyamıza komandanın futbolçuları məlumat verib.

Onların bildirdiyinə görə, Ayaz adlı sponsor kluba maliyyə ayırmaqdan imtina edib.

Oyunçuların dediyinə görə, ötən mövsümdən «Mingəçevir»ə vəsait ayırmağa başlayan şəxs artıq kollektivlə əlaqələrini kəsib:

«Bizə deyilib ki, pul almayacaq, hərə getsin öz başının çarəsini qılsın. Ayaz müəllim daha komandaya baxmaq istəmir.

Xəbər göndərib ki, gedin, AFFA-nın ayırdığı pulla çempionata yol verin.

«Mingəçevir», əslində, həvəskar klubdur. Burada peşəkar adamlar çalışmır.

Vəziyyət, onsuz da, pis idi. Bundan sonra lap pis olacaq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...