Bu il Premyer Liqaya vəsiqə qazana bilməyən «Qaradağ Lökbatan» yeni mövsümün hazırlıq planını müəyyənləşdirib.
Azər Həşimovla bağlı qərarını dəyişən və onu baş məşqçi postunda saxlayan qəsəbə təmsilçisi iyulun 22-də bir araya gələcək.
Vaxtilə millinin də şərəfini qorumuş müdafiəçi Novruz Məmmədov oynayan məşqçi kimi korpusa daxil edilib.
Etibar Şükürov qapıçılar üzrə köməkçi funksiyasını yerinə yetirəcək. Ayxan Cəfərzadə isə analitik olaraq burada çalışacaq.
Bununla paralel olaraq, «Qaradağ Lökbatan»da islahatlar başlayıb. Komanda indi yalnız bəzi futbolçuları ilə vidalaşmır.
«Yarpaq tökümü» meydanın kənarını da əhatə edir. Belə ki, klub rəhbəri Füzuli Məmmədovla işbirliyini dayandırıb.
Dörd ilə yaxındır əsas komandaya nəzarət eləyən, faktiki olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən mütəxəssis buradan uzaqlaşdırılıb.
Onunla yanaşı, Rafael Əmirbəyovla yeni müqavilə imzalanmayıb.
Sözgüedən cütlük «Qaradağ»dan getsə də, bundan sonra yenə birlikdə çalışacaq. U-18 yığmasına təyinat alan F.Məmmədov R.Əmirbəyovu öz korpusuna götürüb.
SPORTİNFO.AZ