Yığmanın baş məşqçisi gəlməyinə peşman oldu, heç kimi bəyənmədi - VİDEO

4 Aprel 09:40 I Divizion 2 126
Yığmanın baş məşqçisi gəlməyinə peşman oldu, heç kimi bəyənmədi - VİDEO

I Liqada XX turun oyunlarına start verilib.

Gümüş medal uğrunda mübarizə aparan "Karvan" Şamaxıda "Difai"nin qonağı olub.

Ötən iki turda qələbələri sıralayan Aydın Qasımovun komandası iddialı rəqibinə müqavimət göstərə bilməyib. Qonaqlar hesabı 5-ci dəqiqədə açıb və fasiləyədək daha 3 dəfə fərqlənib.

"Difai" ilk hissədə olduqca pis təsir bağışlayıb. Bu, bəlkə də onların mövsüm ərzində ən zəif oyunu idi.

Təkcə hesabda geri düşmədilər: nominal ev sahibləri taktiki, psixoloji, istək sarıdan "Karvan"a uduzdu. Sanki "fədailər"in bütün futbolçuları bir-birləriylə bəhsə girmişdi - kim daha çox səhv edəcək deyə.

Bu mənada Sahib Həsənov komanda yoldaşlarından daha artıq "fərqləndi". "Şamaxı"dan icarəyə götürülmüş qapıçı 90 dəqiqə ərzində biabırçı çıxış elədi. Həmçinin Xəyyam Məmmədli.

"Qəbələ"dən gəlmiş yarımmüdafiəçi ilk yarıda qapı dirəyini nişan almaqdan savayı nə iləsə yadda qalmadı. Özü də bütün bunlar Ayxan Abbasovun gözü qarşısında oldu.

Gənclər yığmasının baş məşqçisi U-21-ə namizəd gözüylə baxdığı oyunçuları izləmək üçün yerli Olimpiya Kompleksinə təşrif buyurmuşdu.

Köməkçiləri Elnur Çodarov və Kamil Qafarovla bərabər tribunada görünən çalışdırıcı fasilənin elan olunmasını gözləmədən məkanı tərk etdi. Görünür, izlədiyi futbolçuların heç biri onun xoşuna gəlmədi.

"Karvan" hesabı 5:1-ə çatdırandan sonra oyunun "başını buraxdı". Asan qələbəyə vaxtından əvvəl inanan Yevlax təmsilçisi çox arxayınlaşdı və meydan "Difai"yə qaldı.

Belədə Ağsu komandası iki qol vurdu və daha 4-5 real imkan yaxaladı. Muhammed Alfa, Kristian Kamta, Rəvan Əvəzov və Tahir Zeynalov inanılmaz fürsətləri qaçırdı.

Yəqin ki, bu matçdan sonra "Difai"nin məşqçi korpusu bəzi futboçlular barədə xüsusi ölçü götürəcək. Əsasən də mdafiə və yarımmüdafiə zonasında çıxış edənlərlə bağlı.

Çünki bu, günün tələbidir. "Fədailər"in arxa xətti o qədər uşaq səhvləri etdi ki…

Xəyyam və Tahir isə öz üzərinə düşən funksiyanı yerinə yetirmədi, toplu-topsuz az qaçdı, müdafiənin köməyinə gəlmədi.

"Karvan" istəsəydi, beş qolun üstünə beşini də vurardı. Qonaqlar orta sahədə açılan "bazar"dan yarımçıq istifadə etdi.

Bütün ikinci topları götürən yevlaxıların əks-hücumları qapı ağzında təhlükəli vəziyyətin yaranmasına səbəb olurdu. Ələ düşən şanslardan istifadə faizi Kənan Kərimovu razı salmadığından, o, dəfələrlə futbolçularının üstünə qışqırdı, "yatmayın" dedi.

Baş məşqçinin etirazı yalnız onlara deyildi: eyni zamanda, tribunada əyləşən klubun işçilərinə və digər əməkdaşlara acıqlandı. Sırf hakimlərin ünvanıa xoşagəlməz ifadələr işlətdikləri üçün.

Hazırda "Karvan" 38 xalla 2-ci, "Difai" isə 19 xalla 8-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

“Difai” – “Karvan” 3:5

Qollar: Tahir Zeynalov, 40; Seymur Əliyev, 72; Kristian Kamta, 75 // Emil Qasımov, 5; Bəhruz Teymurov, 25; Seymur Əliyev, 39 (ö.q.); Peter Kinqs, 42; 52
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Asif Abdullayev
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Mahir Həsənov, 29 (qeyri-idman hərəkəti); Arzu Atakişiyev, 88 (qeyriidman hərəkəti); Riad Abbaszadə, 89 (hakimin qərarına etiraz) // Kamran İbrahimov, 90+2 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəsxə göstərilən qırmızı vərəqə: Murad Şirinov (“Difai”), 90+3 (hakimə kəskin etiraz etdiyi üçün)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.

“Difai”
1. Sahib Həsənov
55. Seymur Əliyev (k)
10. Tahir Zeynalov
(5. Ömər Məmmədzadə, 82)
6. Xəyal Bədirov
2. Seymur Rəhimov
20. Mahir Həsənov
(44. Yaqub Yusubov, 82)
8. Emil Quluzadə
(24. Rəvan Əvəzov, 69)
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
(11. Fərid Kərimzadə, 69)
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
Ehtiyat oyunçular:
85. Nail Alışov
7. Ceyhun Muxtarlı
17. Riad Abbaszadə
Məşqçi: Aydın Qasımov

“Karvan”
1. Kamran İbrahimov
77. Müşfiq Teymurov (k)
(66. Ceyhun Bağırzadə, 73)
7. Bəhruz Teymurov
5. Peyman Keşavarzi
10. Rəhman Şabanov
(20. Roman Hüseynov, 70)
42. İbrahim Qədirzadə
97. Emil Qasımov
3. İzzət Müştaqov
8. Peter Kinqs
(23. Behzod Xolikulov, 70)
17. Ezekiel Morqan
13. Əli Abdullayev
Ehtiyat oyunçular:
62. Məmməd Muradov
11. Maqsud Ələkbərov
4. Kənan Quliyev
22. Aref Mohammadalipur
18. Elvin İsmayılov
21. Nika Çaçaşvili
9. İlham Hüseynov
Baş məşqçi: Kənan Kərimov

Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 17:20 "Bunu bəhanə etmirik"
April
2025
SunMonTueWedThuFriSat