COP29

"Öz futbolçumuzu niyə vurursan?" - I Liqadan maraqlı anlar bu VİDEOda

13 Sentyabr 09:40 I Divizion 837
"Öz futbolçumuzu niyə vurursan?" - I Liqadan maraqlı anlar bu VİDEOda

I Liqada ilk turun oyunları davam edir.

Ağsu stadionu hələ də təmirdən çıxmadığından, "Difai" "Cəbrayıl"ı Şamaxıda qəbul etməli olub. Q

arşılaşma qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb. Nominal ev sahibləri 1 top fərqiylə uduzmaqlarına görə bəxtə minnətdar olmalıdır. Hesab 3-4 top fərqiylə bitməli idi.

«Cəbrayıl» ilk 5-10 dəqiqəni çıxmaq şərtiylə rəqibindən üstün oynadı. Liqanın debütantı bütün komponentlərdə «fədailər»dən bir addım öndə təsiri bağışladı.

Fiziki, taktiki, psizoloji hazırlıq baxımından, Elhad Nəzirinin komandasını daha yaxşı hazırladığı göründü. Qazanmaq istəyi onların baxımlı futbol sərgiləməsinin səbəblərindən sadəcə biridir.

Qolu da bunun sayəsində vurdular. «Qarabağ»ın əvəzedici heyətindən cəlb olunmuş Əşrəf Zeynallı ikinci hissənin əvvəlində gözəl zərbəylə tablodakı «0»lardan birini «Cəbrayıl»ın lehinə tərpətdi.

Bir müddət «Difai»nin düşərgəsində yer almış, maliyyə şərtlərinə görə çıxıb getməli olan yarımmüdafiəçi öz sözünü bir vuruşla dedi.

«Fədailər» heyət sarıdan ciddi korluq çəkir. Təsadüfi deyil ki, oyunun iştirak ərizəsində cəmi 14 nəfər yer almışdı.

Onlardan da ikisi - Emil Quluzadə ilə Sərcan Ömərov meydana zədəli halda çıxmışdı. 74-cü dəqiqədə ikincini əvəzləyən Seymur Rəhimov da ağrılar içində meydana ayaq basmalı oldu.

Çünki ondan bir qədər əvvəl rəqiblə toqquşan Sərcanın sol çiyni yerində çıxdığından, beli bükülmüş halda oyunu davam etdirmək məcburiyyətində qalmışdı.

Ehtiyat skamyada yalnız 2 qapıçı olduğundan, 1 aydır ayağına top dəyməyən Seymur dördüncü hakimə yaxınlaşdı.

«Difai» 90 dəqiqə ərzində rəqib qapısı önündə cəmi 1-2 təhlükəli vəziyyət yarada bildi. İlham Allahverdiyevlə Seymur Əliyevdən savayı, Əkbər Vəliyevi narahat edən tapılmadı.

«Kəpəz»dən Arzu Atakişiyev son anda icarəyə götürülməsəydi, «Difai»də «11-lik» düzəlməyəcəkdi. 19 yaşlı müdafiəçi isə yeni komandasının bəlkə də ən yaxşısı idi.

Burada altı-yeddi nəfər zədədən əziyyət çəkir. Yoxlama görüşlərində bəyənilmiş legionerləri sifariş ərizəsinə salmaq da hələlik mümkün olmayıb.

Matçın ən diqqətçəkən simalarından biri də Elhad Nəziri idi. «Turan Tovuz»da Kurban Berdiyevin kbməkçisi olan Cavid Hüseynovun öz yerinə təyin etdiyi mütəxəssis oyunboyu atmacaları ilə nəzərləri üzərinə çəkdi.

İstər hakimlər briqadası, istər rəqib, istərsə də öz oyunçuları onun «tikanlı» sözlərindən «pay» aldı.

Nəzirinin üzünü qapıçısına tutaraq, «Ay Əkbər, öz futbolçumuzu niyə vurursan» sualı isə ətrafdakılarda təbəssüm yaratdı.

SPORTİNFO.AZ

Şamaxı OİK stadionu. 100 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Orxan İbişov
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Arzu Atakişiyev, 30 (qeyri-idman hərəkəti); Xəyyam Məmmədli, 70 (qeyri-idman hərəkəti); Seymur Əliyev, 78 (hakimin qərarına etiraz); Tahir Zeynalov, 80 (qeyri-idman hərəkəti) // Okan Təhməzli, 38; 90+4 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Okan Təhməzli, 90+4
Qol: Əşrəf Zeynallı, 46
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Difai”

1. Sahib Həsənov
5. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
6. Əzəmət Ələkbərli
55. Seymur Əliyev
10. Tahir Zeynalov
44. Sərcan Omarov
(2. Seymur Rəhimov, 74)
8. Emil Quluzadə
11. Sənan Ağayev
32. Xəyyam Məmmədli
66. Arzu Atakişiyev

Ehtiyat oyunçular:

85. Nail Alışov
12. Maksimilian Şilder
Baş məşqçi: Elgiz Kərəmli

“Cəbrayıl”

1. Əkpər Vəliyev
13. Elşad Əliyev (k)
(17. Nurlan Quliyev, 84)
19. Məhərrəm Orucov
52. Emil Bayramov
11. Samir Məhərrəmli
(34. Taleh Qarayev, 65)
8. Zeynəddin Abdurahmanov
77. Zahir Mirzəzadə
20. Əşrəf Zeynallı
(22. Əli Nəcəfli, 73)
79. Mirmövsüm Caniyev
(7. Polad İbrahimov, 73)
99. Okan Təhməzli
14. Ravil Qafarov
Ehtiyat oyunçular:

36. Əmrah Məmmədli
31. Ülvi Mehrəliyev
5. Vüsal Səfərov
9. İbrahim İsmayılov
Baş məşqçi: Elhad Nəziri

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə