I Liqada 7-ci tura start verilib.
Çempionatın geridə qalan hissəsində qələbə üzü görməyən «Qaradağ Lökbatan» öz meydanında «Difai»ni qəbul edib.
Matçı üç yerə bölmək olar. İlk 25 dəqiqəni bir, 25-85-ci dəqiqələri bir, 85-90-cu dəqiqələri bir.
Qarşılaşmanın əvvəli «Difai»nin qaçırdığı bir neçə qol vəziyyəti ilə yadda qalıb. Bu bölüm elə təəssürat yaradıb ki, qonaqlar rahat qələbə qazanacaq.
Fürsətləri dəyərləndirməyən «fədailər» daha sonra şok yaşayıb. 29-cu dəqiqədən etibarən I Liqanın gümüş medalçısının «ayağı açılıb».
Ramin Məhərrəmli ilə başlayan «qol yağışı» 56-cı dəqiqəyə kimi davam edib. Ceyhun Muxtarlı bir-birindən gözəl qollarla het-trikini rəsmiləşdirib.
Biz bu qollardan necə gözəl danışırıqsa, «Difai»nin müdafiə xəttinin yol verdiyi xətaları da o cür tənqid etməliyik.
Doğrudan da, uşaq səhvlərini «muncuğa düzdülər»: bunu onlara yaraşdırmaq çətindir. Sanki ev sahiblərinin irəli xətt oyunçularına «dəhliz» açmışdılar.
Ağsu təmsilçisinin yanlış xətaları ikinci hissənin əvvəlində də, ortasında da davam elədi. «Qaradağ» bu dəqiqələrdə dərs keçirdi. Sözün bütün mənalarında.
Araz Abdullayevin məsuliyyəti öz üzərinə götürməsi hər aspektdə lökbatanlıların fətirinə yağ sürtürdü.
«Neftçi»nin məşhur yetirməsi çox qaçmasa da, topla incə davranışı, yer seçimi və təcrübəsi ilə komanda yoldaşlarının işini yüngülləşdirdi, nəticənin isə başına sığal çəkirdi.
Amit Quluzadənin yenicə çalışdırmağa başladığı kollektiv ondan nə istənildiyini bilərək oynadı və layiqli qələbə qazandı. Zona boyu tətbiq olunan pressinq, orta sahədə yaradılan sıxlıq «Qaradağ»ı daha üstün tərəf etdi.
«Difai»nin futbolçuları yalnız son 4-5 dəqiqədə başını yuxarı qaldıra bildi, onda da Xəyyam Məmmədli və Əli Mürsəlov hərəyə 1 dəfə fərqləndi.
SPORTİNFO.AZ
“Qaradağ Lökbatan” - “Difai” 4:2
Qollar: Ramin Məhərrəmli, 29; Ceyhun Muxtarlı, 41; 45+1; 56 // Xəyyam Məmmədli, 87; Əli Mürsəlov, 88
Lökbatan OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Vüqar Bayramov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Ömər Məmmədzadə, 7 (qeyri-idman hərəkəti); Samir Qurbanov, 65 (qeyri-idman hərəkəti); Hüseyn Hüseynli, 83 (hakimin qərarına etiraz) // Emil Quluzadə, 39 (qeyri-idman hərəkəti); Rəvan Əvəzov, 72 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 75 (qeyri-idman hərəkəti); Bəşir Ayralov, 83 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
“Qaradağ Lökbatan”: 25. İlnur Valiiev 10 Araz Abdullayev 7. Ceyhun Muxtarlı (k) (27. Cavidan Rəhimli, 66) 5. Fərid Nadirov 14. Hüseyn Hüseynli 77. Samir Qurbanov (47. Arif İsrafilbəyov, 73) 8. Hüseyn Əliyev 21. İsa İsayev 17. Ramin Məhərrəmli (88. Tunar Mütəlimov, 46) 44. Xəyyam Hüseynov (19. Orxan Əliyev, 80) 3. Ömər Məmmədzadə (22. Fərid Mahmudov, 46)
Ehtiyat oyunçular: 90. Əli Kərimov 6. Coşqun Əsədzadə 4. Asif Məmmədov
Baş məşqçi: Fərid Məmmədov
“Difai” 1. Sahib Həsənov 5. Kamil Hüseynov (k) (10. Tahir Zeynalov, 62) 90. İlham Allahverdiyev (9. Kristian Kamta, 63) 55. Seymur Əliyev 27. Tolqar Yaqubov 2. Seymur Rəhimov 8. Emil Quluzadə (24. Rəvan Əvəzov, 64) 3. Əbil Əbilov (73. Bəşir Ayralov, 62) 32. Xəyyam Məmmədli 66. Arzu Atakişiyev 19. Muhamməd Alfa (77. Əli Mürsəlov, 46)
Ehtiyat oyunçular: 85. Nail Alışov 6. Əzəmət Ələkbərli
Məşqçi: Aydın Qasımov