I Liqada 13-cü tura start verilib.
Turnir cədvəlinə başçılıq edən “Qəbələ” Şamaxıda “Difai“nin qonağı olub.
Yerli Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüşün taleyi ikinci hissədə həll olunub.
Domi Massumonun 64-cü dəqiqədə vurduğu yeganə qol çempionatın liderinə 3 xal qazandırıb. Kaxaber Sxadadze buna görə bəxtinə dönə-dönə minnətdar olmalıdır.
Dünən onların həqiqəti şansı gətirdi. Liqada qalmaq mücadiləsi verən “fədailər“ bu məğlubiyyətə layiq deyildi.
Qazilərin təmsilçisi hər iki hissədə 1 real qol fürsətini qaçırıb.
İlk yarıda Muhammed Alfa Kristian Kamtanın ötürməsindən sonra qapı önündə yaranan qarışıqlıq zamanı önünə düşən topu iki metrdən yaxın küncə göndərə bilməyib.
Həmçinin fasilədən az sonra Səlahət Ağayevin ürəyi ağzına gəlib. Xəyal Bədirov cərimə meydançası daxilində iki müdafiəçini keçərək, “çərçivə“yə zərbə endirib: “yuvarlaq meşin“ möcüzəvi şəkildə qapıdan yan keçib.
Topu əsasən özündə saxlayan “Qəbələ“ cinah keçidlərinə üstünlük verirdi. Üçüncü zonanın mərkəzində sıxlıq yaradan nominal ev sahiblərindən Mahir Həsənov həmlələrin dəf olunmasında yaxından iştirak edirdi.
“Kəpəz“dən icarəyə götürülmüş arxa xətt oyunçusu sakit tövrü ilə komanda yoldaşlarını panikadan qoruyurdu. Ondakı rahatlıq, düzgün mövqe seçimi qonaqların işini xeyli çətinləşdirirdi.
Üstəgəl, Sahib Həsənovun qapıda inamlı çıxışı. “Şamaxı“dan gəlmiş kiper ikinci hissədə əla seyvlə bütün diqqətləri üzərinə çəkdi.
Buraxılan qolda isə ani diqqətsizlik sözünü dedi. Künc zərbəsindən sonra boş zonaya çıxan Domi Massumo bir toxunuşla qapı tirini silkələdi.
Bu, “qırmızı-qaralar“ın ardıcıl 5-ci səfər qələbəsi oldu. 13 turda qolburaxmayan “Qəbələ” 33 xalla yarışın lideridir.
SPORTİNFO.AZ
"Difai" - "Qəbələ" 0:1
Qol: Domi Massumo 64
Şamaxı OİK stadionu. 40 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Aydın Bəxşiyev, Elman Kərimov
Dördüncü hakim: Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqə: Fərid Kərimzadə, 90+2 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Difai”
1. Sahib Həsənov
17. Riad Abbaszadə
(8. Emil Quluzadə, 87)
6. Xəyal Bədirov
50. Qurban Hüseynov
2. Seymur Rəhimov (k)
20. Mahir Həsənov
3. Əbil Əbilov
9. Kristian Kamta
32. Xəyyam Məmmədli
44. Yaqub Yusubov
19. Muhammed Alfa
(11. Fərid Kərimzadə, 87)
Ehtiyat oyunçular:
85. Nail Alışov
10. Tahir Zeynalov
24. Rəvan Əvəzov
5. Ömər Məmmədzadə
99. İlkin Hüseynov
66. Arzu Atakişiyev
Baş məşqçi: Xaqani Məmmədov
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
9. Ruslan Voronsov
(97. Elşad Tağıyev, 71)
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 82)
13. Nicat Əliyev
20. Oçe Oçoveçi
(22. Fərid İsgəndərov, 71)
74. Süleyman Damadayev
5. Samir Həsənov
14. Domi Massumo
(11. Asif Məmmədov, 82)
66. Nuğay Rəşidov
(19. Abdullahi Şuaybu, 50)
10. Şahin Şahniyarov
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze