COP29

Azərbaycanda ən çox maaşı bu baş məşqçi alacaq

20 İyun 11:20 I Divizion 2 515
Azərbaycanda ən çox maaşı bu baş məşqçi alacaq

Növbəti mövsüm I Liqada mübarizə aparanlar arasında ən yüksək əməkhaqqı ödəyəcək klubun adı məlum olub.

Bu, «Baku Sportinq»dir.

Bugünlərdə Elman Sultanovla müqavilə müddətini 2 il uzadan Buzovna təmsilçisi ona 5500 manat maaş verəcək.

O, komandanı II Liqanın çempionu etdiyindən, rəhbərlik belə bir qərar verib.

Sultanov burada üzərinə yenə böyük məsuliyyət götürüb. Qəsəbə təmsilçisi ilk dəfə yarışacağı I Liqada yüksək yerlər uğrunda mübarizə aparmalıdır.

Debütant artıq bir çox futbolçusu ilə yolları ayırıb.

Röyal Nəcəfov, Ülvi Quliyev, Hüseyn Axundov, Qərib İbrahimov, Vaqif Şirinbəyov, Hüseyn Əliyev, Vüqar Rəhimov, Aqşin Paşayev, Emil Həsənzadə, Comərd Baxşəliyev, Ağası Babayev, Rəvan Kərimov və Taleh Babayevlə imzalanmış müqavilələrin müddəti uzadılmayıb.

Göründüyü kimi, siyahı hələlik 13 nəfərdən ibarətdir, amma qarşıdakı günlərdə bu rəqəmin bir qədər də artacağı istisna deyil.

Hər halda baş məşqçi Elman Sultanov iddialı bir kollektiv formalaşdırmaq və çempionluq uğrunda mübarizə aparmaq istəyindədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?