Deputat Premyer Liqaya vəsiqə qazanan komandaya bu cür dəstək oldu

16:40 I Divizion 393
Deputat Premyer Liqaya vəsiqə qazanan komandaya bu cür dəstək oldu

Milli məclisin deputatı bölgə təmsilçisinin Premyer Liqaya vəsiqə qazanmasına reaksiya verib.

Sportinfo.az xəbər verir ki, ötən il 81 saylı İmişli seçki dairəsindən millət vəkili seçilən Razi Nurullayev təmsil etdiyi rayonun eyni adlı komandasını bu münasibətlə təbrik edib.

Əslən İmişlidən olan 54 yaşlı deputat “feysbuk” hesabında etdiyi paylaşımda bu sözləri yazıb:

“İmişli” Futbol Klubu Premyer Liqada.

Çox sevinirəm və bütün futbolçuları təbrik etməklə yanaşı, onlara yeni-yeni nailiyyətlər arzulayıram.

Xüsusi olaraq baş məşqçi Fərid Namazov, dostum, köməkçi-məşqçi və klubun əlaqələndiricisi Ruhid Usubova təşəkkür edir və təbrik edirəm.

AFFA-ya da, sponsorlara da təşəkkür edirəm və “çox sağ olun” deyirəm”.

AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, 2024/25 mövsümündə I Liqanı ilk üç pillədə başa vuran komandalar növbəti “futbol ili”ndə Premyer Liqada iştirak imkanı qazanacaq.

23 oyundan sonra aktivində 44 xal olan bölgə təmsilçisinin mövsümü ilk “3-lük”də başa vuracağı dəqiqləşib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti