
I Liqada 23-cü tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son gündə 3 matç keçirilib.
"Karvan" Yevlaxda "Cəbrayıl"ı qəbul edib və iki qolla qalib gəlib. "İmişli" isə "Zaqatala"nın qonağı olub və səfərdən 3 xalla dönüb.
"Qəbələ" evdə MOİK-lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.“Qəbələ”nin heyətində Elşad Tağıyev 90+7-ci dəqiqədə penaltidən fərqlənib.
Bununla da "qırmızı-qaralar" 1-ci liqada çempionluğu rəsmiləşdirib. Onlar daha əvvəl yeni mövsümdən Premyer Liqada oynamaq hüququ qazanmışdılar.
Digər oyunlarda "Karvan", həm "İmişli" rəqiblərini 2:0 hesabı ilə məğlub edib. Beləliklə, bölgə təmsilçiləri turnir cədvəlində son 4 turun nəticəsindən asılı olmayaraq ilk üçlükdə yerlərini təmin ediblər.
Bu isə onlara da növbəti mövsüm Premyer Liqada oynamaq hüququ verir.
"İmişli" və "Karvan"ın Premyer Liqada iştirakı məsələsi ilə bağlı yekun qərarı AFFA verəcək.
Karvan” – “Cəbrayıl” 2:0
Qollar: B.Teymurov, 18; E.Qasımov, 81
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Yevlax şəhər stadionu
“Zaqatala” – “İmişli” 0:2
Qollar: İ.İnqilablı, 21; A.Ağazadə, 61
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Zaqatala OİK stadionu
“Qəbələ” – MOİK -1:0
Qol: E.Tağıyev, 90+7 - pen.
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Qəbələ şəhər stadionu