Azərbaycan klubunda ŞOK! Yeni baş məşqçi postunda 1 gün qaldı, istefaya göndərildi

25 Aprel 20:40 I Divizion 964
Azərbaycan klubunda ŞOK! Yeni baş məşqçi postunda 1 gün qaldı, istefaya göndərildi

Azərbaycan futbolunda yaşanan daha bir qəribə hadisədən xəbəriniz olsun!

«Qaradağ Lökbatan»a baş məşqçi gətirilən Xaqani Məmmədov təyinatından 1 gün sonra vəzifəsindən uzaqlaşdırılıb.

O, heç komandaya məşq keçməyə fürsət də tapmayıb.

Son qərar klub rəhbərliyi tərəfindən verilib. Demə, X.Məmmədovun bura gətirilməsi onlarla razılaşdırılmayıb.

Faktiki olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən Amit Quluzadə özbaşına hərəkət edib, rəsmilərlə məsləhətləşməyib.

Təbii ki, bu da «yuxarı»nın narazılığı ilə qarşılanıb. Görünür, Quluzadə funksionerlərin X.Məmmədovun qardaşı Füzuli Məmmədova münasibətini bilməyib, yaxud bilibsə də, əhəmiyyət verməyib.

F.Məmmədov 2021-2024-cü illər aralığında «Qaradağ»da çalışıb. Öncə qeyri-rəsmi, sonra rəsmi surətdə.

O, ötən ilin yayında qəsəbə klubundan uzaqlaşdırılıb. Səbəb qarşısına qoyulan məqsədə çata bilməməsidir.

Belə ki, komanda I Liqanın həlledici matçında «Şamaxı»ya öz meydanında 2:3 hesabıyla uduzaraq, tarixində ilk dəfə Premyer Liqaya vəsiqə qazanmaq şansını qaçırıb.

İş prosesində yol verdiyi xətalara görə buradan qovulan F.Məmmədova münasibət çox pisdir.

Lap «iti görüm, qurdu gördüm, onu görməyim» kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!