Premyer Liqa üçün çempionluq qarşılaşması - Qəbələdən CANLI YAYIM

17:50 I Divizion 221
Premyer Liqa üçün çempionluq qarşılaşması - Qəbələdən CANLI YAYIM

Bu gün I Liqada 23-cü tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, hesabat həftəsinin son günündə 3 matç keçiriləcək.

Lider "Qəbələ" 5-ci pillədəki MOİK-lə qarşılaşacaq.

"Qəbələ" bugünkü matçların nəticələrindən asılı olaraq çempionluğu rəsmiləşdirə bilər. Hazırda əyalət təmsilçisinin 55, "İmişli"nin 41, "Karvan"ın isə 40 xalı var.

"Karvan" və "İmişli" heç-heçə edərsə və ya məğlub olarsa, "Qəbələ" uduzsa belə, çempionluq qazanacaq.

"Qəbələ"nin qalib gələcəyi halda isə "Karvan" və "İmişli"nin matçlarındakı nəticələr əhəmiyyət kəsb etməyəcək.

“Qəbələ” – MOİK
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qəbələ şəhər stadionu, 18:00

Digər Xəbərlər
Xəbər Lenti