Komanda daxilində nifaq saldı, baş məşqçini pislədi və QOVULDU!

14:40 I Divizion 631
Komanda daxilində nifaq saldı, baş məşqçini pislədi və QOVULDU!

«Qaradağ Lökbatan»da növbəti insident baş verib.

Qış fasiləsində «Baku Sportinq»dən gəlmiş Şahin Balejai komandadan kənarlaşdırılıb.

Buna səbəb Amit Quluzadə ilə iranlı hücumçu arasında yaranmış problemdir. Belə ki, de-fakto baş məşqçi səlahiyyətlərini yerinə yetirən Quluzadə onu kollektiv daxilində nifaq salmaqda ittiham edib.

Gənc mütəxəssis Arazın o tayından olan forvardın futbolçuları bir-birinin üstünə qaldırmaqda, onlar arasında söz aparıb, söz gətirməkdə, özü haqda msənfi fikir yaymaqda təqsirkar sayıb.

Bundan əvvəl «Qaradağ»da baş məşqçi ayrılığı reallaşıb. Fərid Məmmədov qəsəbə təmsilçisinin sükanı arxasından ayrılıb.

Ötən ilin noyabrında bura gəlmiş mütəxəssisin gedişi səbəbsiz deyil. Atdığı addım fikir ayrılığından dolayıdır.

Kiminlə?

Bəllidir ki, F.Məmmədov baş məşqçi vəzifəsini rəsmən daşısa da, əslində, bu işi Amit Quluzadə görüb. Sonuncunun B kateqoriyası olmadığı üçün iştirak ərizəsində rəsmiləşmə bu cür aparılıb.

Komandanın uğursuz çıxışı tərəfləri üz-üzə gətirib. Aralarında ciddi mübahisə yaranıb. Rəhbərlikdən dəstək alan Quluzadə Məmmədovun düşərgədən getməsinə nail olub.

Bu boşluğu Xaqani Məmmədov doldurub. İki ay öncə «Difai»dən ayrılan çalışdırıcı artıq fəaliyyətə başlayıb.

«Qaradağ» 22 tura 19 xal toplayıb. Çempionatın ötənilki gümüş medalçısı hazırda turnir cədvəlinin 10-cu, yəni, sonuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti