
Dünən xəbər verdiyimiz kimi, AFFA Azərbaycan futbolu ilə bağlı səs-küy yaradacaq yeni qərara hazırlaşır.
Söhbət Birinci Liqada tətbiq edilən legioner limitinə müdaxilədən gedir.
Hazırkı format 8+3 şəklindədir.
Yəni meydanda maksimum 3 əcnəbi çıxış edə bilər.
Yeni mövsümdən gəlmələrə tətbiq edilən limit sayı artırılacaq.
Məqsəd aşağı liqada rəqabəti artırmaqdır.
Bilirik ki, növbəti mövsümün sonu Birinci Liqanın qalibi birbaşa Premyer Liqaya vəsiqə qazanacaq.
İkinci pillənin sahibi isə elitanı 11-ci sıradan bitirən kollektivlə pley-off matçları keçirəcək.
Aşağıdan gələn klubun yüksək liqa təmsilçisi ilə mübarizə apara bilməsi, asan təslim olmaması üçün belə addım atılması zəruri hesab edilir.
İlkin versiyada yeni mövsümdən limitin 6+5 formatında yerlilərin xeyrinə edilməsi gündəmə gətirilib.
İkinci variant isə 4+7 formatıdır. Belədə aşağı liqa təmsilçiləri əsas heyətdə eyni anda 7 legionerlə meydana çıxa biləcək.
Aşağı liqa klubları da əcnəbilərlə bağlı sayın artırılmasına isti yanaşır.
Sadəcə qərarı gecikdirən yeganə səbəb təklif edilən iki formatdan hansına keçidlə bağlı yaranmış tərəddüdür.
Qısa müddətdə son qərarın verilməsi gözlənilir.
Xatırladaq ki, növbəti sezondan Premyer Liqada legioner limiti qadağası qüvvədən düşəcək.
Elita klubları əsas heyətdə istədiyi sayda gəlməni meydana buraxa biləcək.
SPORTİNFO.AZ