“Bizə dedi ki, pulumu son qəpiyinə qədər ödəməsələr, çıxıb gedən deyiləm”

16:00 I Divizion 449
“Bizə dedi ki, pulumu son qəpiyinə qədər ödəməsələr, çıxıb gedən deyiləm”

«Mingəçevir»də daş qayaya rast gəlib. Bu ilin yanvarında sükanı arxasına keçən Füzuli Məmmədov komandadan getməyəcəyini bildirib.

O, ilin əvvəlində imzaladığı 3 illik müqaviləyə birtərəfli qaydada xitam verməyəcəyini söyləyib.

AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və ASTA-nın məşqçisi Rafael Yusifovun vasitəsilə «işçıqlar»la anlaşmış çalışdırıcı iş yerini tərk etmək niyyətində olmadığını kollektiv üzvlərinin diqqətinə çatdırıb.

Redaksiyamızla əlaqə saxlayan futbolçulardan bir neçəsinin sözlərinə görə, F.Məmmədov bu barədə iclasda danışıb:

«Bizə dedi ki, mənim üçillik kontraktım var, gedən deyiləm. Təzminatını istəyir.

Deyir ki, sponsor təzminatımı son qəpiyinə qədər ödəsin, mən də sənədə qol çəkim. Bildirdi ki, vəkillə danışıb, əgər «Mingəçevir»in yeni rəhbərliyi müqaviləni birtərəfli pozsa, məhkəməyə müraciət edəcək.

O, ümumiyyətlə, son vaxtlar başını itirib. Artıq klubda da ona münasibət çox dəyişib.

Rəhbərlikdə olanların əksəriyyəti hər gün Füzulinin arxasınca danışır. Bunları biz də eşidirik.

Qulağımıza çatıb ki, ASTA həqiqətən başqa məşqçi axtarır. İki-üç nəfərlə görüşməklərindən xəbərdarıq.

Füzulinin özü də bilir məsələni. Ona görə də narahatdır».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti