AFFA rəhbərliyi tanınmış iş adamıyla görüşəcək - Klubun Premyer Liqada oynaması üçün

19 Aprel 20:20 I Divizion 1 573
AFFA rəhbərliyi tanınmış iş adamıyla görüşəcək - Klubun Premyer Liqada oynaması üçün

AFFA və ”Karvan” rəhbərliyi yaxın vaxtlarda bir araya gələcək.

Bununla bağlı tərəflər arasında razılıq əldə olunub.

Toplantıda klubun prezidenti Şahmar Vəliyevin də iştirakı gözlənilir.

Burada məqsəd Yevlax təmsilçisinin gələcək planları barədə iş adamından konkret məlumat almaq, həmçinin AFFA-nın istəklərini ona çatdırmaqdır.

Hazırda I Liqanın liderlər qrupunda yer alan «Karvan» növbəti mövsümdən Premyer Liqada çıxış etmək iddiasındadır.

AFFA və Peşəkar Futbol Liqasının mənsubları şəraiti öyrənmək məqsədilə son aylarda bir neçə dəfə rayona səfər edib, stadionun və bazada incələmə aparıb.

Hər iki qurumu qayğılandıran bəzi təşkilati məsələlər var və onlar ümid edir ki, məhz Ş.Vəliyevlə görüşdə narahatlığa son qoyula bilər.

Stadionda kompleks yenidənqurma işlərinin aparılması və meydançanın dəyişdirilməsi bura daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!