Premyer Liqaya məğlubiyyətsiz qayıda bilmədilər - VİDEO+FOTOLAR

01:10 I Divizion 167
Premyer Liqaya məğlubiyyətsiz qayıda bilmədilər - VİDEO+FOTOLAR

I Liqada 22-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, lider "Qəbələ" səfərdə "İmişli"nin qonağı olub.

Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Qırmızı-qaralar" mövsümdə ilk dəfə məğlub olub.

22 turdan sonra 55 xal toplayan "Qəbələ" liderliyini davam etdirir. Xallarını 41-ə yüksəldən "İmişli" isə 2-ci yerdədir.

“Qəbələ” artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

"İmişli" - "Qəbələ" 1:0

Qol: Elmir Rəhimzadə, 7 (p.)
H.Əliyev adına İmişli şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Rasim Axundov, Asif Abdullayev
Dördüncü hakim: Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Abbas Ağazadə, 32 (qeyri-idman hərəkəti); Mehdi Tahirov, 33 (hakimin qərarına etiraz); Elmir Rəhimzadə, 43 (hakimin qərarına etiraz); Xəyal Tomarov, 58 (qeyri-idman hərəkəti); Dioqo Vaskes, 71 (hakimin qərarına etiraz) // Şahin Şahniyarov, 19 (qeyri-idman hərəkəti); Ruslan Voronsov, 81 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 87 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 88 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.

“İmişli”
33. Andrey Sinenka
77. Elmir Rəhimzadə (k)
(4. Gilyerme Souza, 74)
21. Abbas Ağazadə
(8. Tolqar Yaqubov, 90+1)
6. Xəyal Tomarov
13. İdris İnqilablı
70. Mehdi Tahirov
23. Dioqo Vaskes
44. Həzrət İsayev
29. Vüsal Qənbərov
(9. Xəlil Bəşirov, 90+1)
32. Rəhim Cəfərli
10. Oluvasen Timilehin
(11. Seyxan Fərəcov, 64)
Ehtiyat oyunçular:
36. Elməddin Sultanov
19. Fazil Həsənzadə
30. Nəbi Məmmədov
99. Cavidan Qasımlı
7. Pablo Alveş
17. Firəddin Abdullayev
14. Lətif Rzayev

Baş məşqçi: Fərid Namazov

“Qəbələ”
1. Səlahət Ağayev (k)
32. Elvin Yunuszadə
8. Urfan İsmayılov
(22. Fərid İsgəndərov, 75)
97. Elşad Tağıyev
13. Nicat Əliyev
20. Oçe Oçoveçi
(19. Abdullahi Şuaybu, 46)
74. Süleyman Damadayev
5. Samir Həsənov
14. Domi Massumo
66. Nuğay Rəşidov
(9. Ruslan Voronsov, 75)
10. Şahin Şahniyarov
(6. Emil Süleymanov, 60)
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
28. Murad Musayev
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
Baş məşqçi: Kaxaber Tsxadadze

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"