Bu komanda "Qəbələ"yə ilk məğlubiyyətini yaşatdı, "Karvan" 1 xala razı oldu

18 Aprel 19:40 I Divizion 1 068
Bu komanda "Qəbələ"yə ilk məğlubiyyətini yaşatdı, "Karvan" 1 xala razı oldu

Bu gün I Liqada 22-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son - 2-ci oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Karvan" MOİK-in qonağı olub. Matç 1:1 hesablı heç-heçə ilə bitib.

Günün maraqla gözlənilən qarşılaşması isə İmişlidə oynanılıb. Burada "İmişli" "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa şatıb.

Beləliklə, bu, "Qəbələ"nin bu mövsüm turnirdə ilk məğlubiyyəti olub.

"Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.

MOİK – “Karvan" 1:1
Qollar: İ.Əliyev, 28 - E.Morgan, 83

Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov

Binə qəsəbə stadionu

“İmişli” – “Qəbələ” 1:0
Qol: E.Rəhimzadə, 7 (pen)

Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev

Heydər Əliyev adına İmişli şəhər stadionu

17 aprel (cümə axşamı)

“Cəbrayıl” – “Mingəçevir” - 2:0

“Bakı Sportinq” – “Qaradağ Lökbatan” - 0:1

“Difai” – “Zaqatala” - 1:0

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"