
“Qəbələ” bu gün I Liqada çempionluğu rəsmiləşdirə bilər.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi “İmişli” ilə üz-üzə gələcək.
İmişli şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 16:30-da səsləndiriləcək.
Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda qələbə qazanacağı təqdirdə xallarının sayını 58-ə yüksəldəcək.
Bu da qalan 5 turun nəticəsindən asılı olmayaraq, çempionluq üçün kifayət edəcək.
“Qəbələ” hazırda 55 xalla turnir cədvəlində liderdir. Komandanın ən yaxın izləyicisi “Karvan”ın 39 xalı var.
“İmişli” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30